() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Çoxillik bitkidir. Kökyumrusu şar və ya ellipsvari, 1(2) sm uzunluqdadır. Gövdəsi 20-40 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, lansetvari və ya xətvarilansetvari, 14 sm-ə qədər uzunluqda, 1 sm enindədir. Çiçəkqrupu çoxçiçəkli uzunsov-silindrik sünbül, 10 sm-ə qədər uzunluqdadır. Çiçəkaltlığı ensiz lansetvaridir. Çiçəkyanlığının xarici yarpaqları xətvari, lansetvari, qəhvəyitəhər-fırfır rənglidir. Dodaqcığı 3 dilimlidir. Mahmızı yumurtalıqdan 2-3 dəfə qısa, qövs şəklində aşağı əyilmişdir.
Azərbaycanda yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Nəmli yerlərdə, bağlarda, meşə kənarlarında, çay qırağında, kolluqlarda bitir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları