() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Əhəmiyyəti Araxis və ya yerfındığı (Arachis hypogaea) toxumlarından ərzaq yağı (yeməli yağ) almaq üçün əkilib becərilir. Araxis toxumlarının tərkibində 60%-ə qədər yağ (orta hesabla 53%) və 35%-dən çox zülal vardır. Tərkibindəki zülalın miqdarına görə araxis ancaq soyadan geri qalır. Araxis yağı konserv sənayesində, marqarin alınmasında, sabun bişirmə sənayesində və tibbdə istifadə olunur. Araxis yağı yarımquruyan (yod ədədi 90-103) yağlar qrupuna aiddir. Orta hesabla bir ton qabıqlı araxis toxumdan 226-317 kq. yağ alınır. Araxis yağı əsas etibarı ilə konserv və qənnadı sənayesində istifadə olunur. Üyüdülmüş araxis toxumları şokolad hazırlananda əlavə kimi tətbiq edilir. Qovrulmuş toxumları ərzaq kimi yeyilir və xırdalanmış halda bir çox qənnadı məhsullarına əlavə edilir. Yağın emalından sonra jmıxın tərkibində 45% zülal və 8% yağ olur. Ərzaqlıq sortları lobya dadı verməməlidir. Araxisin jmıxı və gövdəsi (bəlimi) heyvandarlıqda yem kimi istifadə olunur. Bəlimində 11%-ə qədər zülal var və qida keyfiyyətinə görə yonca və üçyarpaqdan geri qalmır. Eyni zamanda həm bəliminin, həm də meyvəsinin istifadə perspektivlərinə görə ABŞ-də araxis iribuynuzlu mal-qara və donuzlar üçün otlaq bitkisi kimi becərilir. Cecəsindən isə izolyasiya materialı və yanacaq kimi istifadə olunur.

Mədəni araxis növü (Arachis hypogaea) yabanı halda məlum deyildir. Bu növün yayılma arealı olduqca genişdir. O, tropik, subtropik iqlimə malik olan ölkələrdə yayılmaqla bərabər mülayim (mötədil) iqlimli ölkələrin də bəzi bölgələrində becərilə bilir. Bütünlükdə bu cins geniş areala malik olması, müxtəlif torpaq-iqlim şəraitində yayılması ilə xarakterizə edilir. Araxis coğrafi cəhətcə 10 və 28 0 cənub enliklərində yayılmışdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Çərəzlər Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qəlyanaltı yeməkləri Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Paxlalı bitkilər