Gümüşgöl əfsanəsi — rejissor Eldar Quliyevin 1984-cü ildə çəkdiyi bədii film.

Məzmun Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə onu dövrəyə alıb maşınların işığını onun üstünə tuturlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də hadisədən bir gün əvvəl tədqiqat apardığı institutdan ona bildirilmiş ezamiyyət təklifini dərhal qəbul edib, uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidə Nəbiyevanın (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: "Hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa, o, gölün üstü ilə asanlıqla yeriyə bilər." Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görünür. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə - Leylinin ardınca gedir…

Bu film xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir. Film haqqında Film aktrisa Mətanət Atakişiyevanın kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi : Eldar Quliyev, İsi Məlikzadə Quruluşçu rejissor : Eldar Quliyev Quruluşçu operator : Rafiq Qəmbərov Quruluşçu rəssam : Mayis Ağabəyov Bəstəkar : Müslüm Maqomayev Səs operatoru : Marat İsgəndərov Rejissor : Akif Rüstəmov Montaj edən : Tahirə Babayeva Operator : V. Romanov Geyim rəssamı : Afət Məmmədova Dekor rəssamı : Asif Məmmədov Qrim rəssamı : V. Arapov Rejissor-stajçı : Nicat Feyzullayev Rejissor assistenti : Süleyman Əhmədov, A. Əliyev, Fərid Hümbətov Operator assistenti : N. Zəkiyev, Abbas Rzayev (operator) Rəssam assistenti : Adil Azay Redaktor : Toğrul Cuvarlı Məsləhətçi : R. Abbasov (milis podpolkovniki) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor : Konstantin Krimets Filmin direktoru : Tələt Rəhmanov İfasından istifadə edilən müğənni : Maykl Cekson (Thriller və Wanna Be Startin' Somethin') (titrlərdə yoxdur)

Rollarda Eldəniz Rəsulov-Fərid Yelena Seropova-Leyli Mətanət Atakişiyeva-Nərgiz Şükufə Yusupova-Səidə Kamil Zöhrabov-Dəmir Etibar Rəhimov-Rza Həsənağa Turabov-Ağazəki Fikrət Quliyev-Səfər Ağahüseyn Kərimov-muzeyin müdiri Abbas Mamedoviç Zöhrə Şirinova-katibə Fikrət Məmmədov-Arif Sofa Bəsirzadə-Sofa xanım Ramiz Əzizbəyli-Tofiq Naibə Şirinova-Saranın bacısı Süleyman Əhmədov-pivə içən R. Qorelman Şəmsi Şəmsizadə K. Qurbanov Firəngiz Şərifova-Fatma Firəngiz Rəhimbəyli-müğənni

Filmi səsləndirənlər Əli Zeynalov-Abbas (Ağahüseyn Kərimov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-katibə (Zöhrə Şirinova) (titrlərdə yoxdur) Pərviz Bağırov-Rza (Etibar Rəhimov) (titrlərdə yoxdur) Ötkəm İsgəndərov-Dəmir (Kamil Zöhrabov) (titrlərdə yoxdur)

Şəkil 115px

Maraqlı faktlar Filmin son epizodlarından birində, dostların diskoteka məclisində Maykl Ceksonun "Wanna be starting something" adlı mahnısı istifadə olunmuşdur.

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid Filmi izlə

Kateqoriya:1984-cü ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:Azərbaycan filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri