Sergey Aleksandroviç Yesenin () — XX əsrin əvvəllərində yazıb-yaratmış rus şair və yazıçısı. Adı həmin dövrün ən böyük şairləri – Aleksandr Blok, Vladimir Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik rus şairlərindən hesab olunur. Gümüş dövrünün ən böyük simalarından biri. O, 1924–1925-ci illərdə bir müddət Bakıda olmuş, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşamışdır. Yaradıcılığının müxtəlif dövrlərində onun şeirlərində sosial-demokratik ideyalar, inqilab və Vətən, kənd və təbiət, məhəbbət və xoşbəxtlik axtarışları obrazları öz əksini tapmışdır.
Həyatı thumbnail Sergey Yesenin 20 iyun 1924-ci il tarixdə qələmə aldığı tərcümeyi-halında yazır: "Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır. Uşaqlığım kəndin Matovo adlanan başqa hissəsində, ana tərəfdən nənə-babamın yanında keçib. İlk xatirələrim üç-dörd yaşım olan vaxtlara aiddir. Meşə, böyük arxlı yol xatirimdədir. Nənəm bizdən təxminən 40 verst aralıda yerləşən Radovetski monastırına gedir. Onun əlindəki əsadan yapışıb, yorğunluqdan ayaqlarımı zorla sürüyürəm, nənəm isə hey deyir: "Gedək, gedək, quzum, Allah xoşbəxtlik verər". Bizim evdə tez-tez kəndləri dolaşan korlar yığışar, gözəl cənnət barəsində, Lazar, Mikola və naməlum şəhərdən gəlmiş nurlu qonaq – adaxlı haqqında dini şeirlər söyləyərdilər. Dayəm – evimizdə yaşayan və mənə qulluq edən qarı mənə nağıl danışardı, o nağılları ki, bütün kəndli uşaqları dinləyir və bilir. Babam mənim üçün mahnı oxuyardı – köhnə, cansıxıcı, qəmgin mahnılar. Şənbə və bazar günləri o, mənə Bibliya və müqəddəs rəvayətdən danışardı. Mənim küçə həyatım isə evdəki həyatıma bənzəmirdi. Yaşıdlarım dəcəl uşaqlar idi. Onlarla bir yerdə camaatın bostanına girərdik. İki-üç günlüyə qaçıb otlağa gedər, çobanlarla bir yerdə əvvəl suyunu əlimizlə və ya ördək balalarının vasitəsilə bulandırdığımız kiçik göllərdən tutduğumuz balıq yeyərdik. Evə qayıdanda isə çox vaxt cəzalandırılardım. Nənəmdən, babamdan və dayəmdən başqa, bizim ailədə bir ürəkkeçməsi olan dayım da var idi. O, məni çox istəyirdi və biz onunla tez-tez Okaya, atları sulamağa gedərdik. Sakit gecədə ay suyun üzərində tərpənmədən dayanır. Atlar su içəndə mənə elə gəlirdi ki, onlar indicə ayı da içəcəklər və ay onların ağzından suyun halqaları ilə birlikdə uzaqlaşdıqca çox sevinirdim. On iki yaşım tamam olanda məni yerli kənd məktəbindən çıxarıb müəllimlər məktəbinə verdilər. Doğmalarım istəyirdilər ki, mən kənd müəllimi olum. Onların ümidləri, xoşbəxtliikdən, daxil ola bilmədiyim instituta qədər uzanırdı. Şeir yazmağa doqquz yaşımdan başladım, oxumağı isə beş yaşımda öyrətmişdilər. Yaradıcılığımın başlanğıcında kənd çastuşkalarının təsiri olmuşdur. Təhsil müddətinin kilsə – slavyan dilini mükəmməl öyrənməkdən başqa, məndə heç bir izi qalmadı. Dözə bildiyim ancaq bu oldu. Qalan şeylərlə Klemenov adlı birinin rəhbərliyi altında özüm məşğul olurdum. O, məni yeni ədəbiyyatla tanış etdi və klassiklərdən bəzi hallarda niyə qorxmaq lazım gəldiyini aydınlaşdırdı. Şairlərdən daha çox Lermontov və Koltsovu bəyənirdim. Sonralar Puşkinə meyil saldım. 1913-cü ildə azad dinləyici kimi Şanyavski Universitetinə daxil oldum. Orada il yarım vaxt keçirdikdən sonra maddi vəziyyətlə əlaqədar kəndə qayıtmalı oldum. Bu zaman mən "Радуница" ("Radunitsa") şeirlər kitabını yazmışdım. Şeirlərdən bir neçəsini Peterburq jurnallarına göndərdim və cavab almadığım üçün özüm oraya getdim. Gəldikdə Qorodetskini axtarıb tapdım. O, məni olduqca səmimi qarşıladı. O vaxtlar onun mənzilində, demək olar ki, bütün şairlər toplaşırdı. Mənim haqqımda danışmağa və şeirlərimi, demək olar ki, dərhal çap etməyə başladılar. Şeirlərim "Русская мысль" ("Russkaya mısl"), "Жизнь для всех" ("Jizn dlya vsex"), "Ежемесячный журнал" ("Yejemesyaçnıy jurnal"), "Северние записки" ("Severniye zapiski") və s. jurnallarda çap olunurdu. Bu, 1915-ci ilin baharında baş verdi. Həmin ilin payızında isə Klyuyev mənə kəndə teleqram vuraraq onun yanına gəlməyimi xahiş etdi. O, mənim üçün naşir M.V. Averyanovu axtarıb tapdı və bir neçə aydan sonra ilk kitabım – "Радуница" nəşr olundu. Kitab 1915-ci ilin noyabr ayında 1916-cı il qeydi ilə çap edildi. Peterburqda olduğum ilk vaxtlarda tez-tez Blok, İvanov-Razumnik ilə görüşmək mənə nəsib olurdu – sonralar Andrey Belıy ilə də. İnqilabın ilk dövrünü həmrəyliklə, lakin daha çox şüurlu şəkildə deyil, kortəbii surətdə qarşıladım. 1917-ci ildə Z.N. Rayx ilə ilk evliliyim baş tutdu. 1918-ci ildə onunla ayrıldım, bundan sonra isə, 1918–21-ci illərdə bir çox ruslar kimi, mənim də sərgərdan həyatım başladı. Bu illər ərzində mən Türküstanda, Qafqazda, İranda, Krımda, Bessarabiyada, Orenburq çöllərində, Murmansk sahillərində, Arxangelskdə və Solovkidə oldum. 1921-ci ildə mən A. Dunkan ilə evləndim və İspaniyadan başqa, bütün Avropanı gəzdikdən sonra Amerikaya getdim. thumb|200px|Yesenin və Aysedora Dunkan Xaricdən qayıtdıqdan sonra mən öz ölkəmə və baş verən hadisələrə artıq başqa gözlə baxırdım. Bizim bir qədər soyumuş düşərgəmiz xoşuma gəlmir. Mən sivilizasiyanı xoşlayıram. Lakin Amerikanı heç sevmirəm. Amerika elə bir üfunətdir ki, orada təkcə incəsənət deyil, bəşəriyyətin ən yaxşı arzuları da itib-batır. Əgər bu gün istiqamət Amerikaya doğrudursa, onda mən bizim boz səmanı və bizim öz peyzajımızı üstün tutmağa hazıram: bir qədər torpağa gömülmüş daxma, çəpər, çəpərdən görünən hündür bir ağac, uzaqda isə küləkdə quyruğunu yelləyən arıq bir dayça. Bu, hələlik təkcə Rokfelleri və Makkor-miki vermiş göydələnlər deyil, bu, bizim üçün Tolstoyu, Dostoyevskini, Puşkini, Lermontovu və başqalarını yetişdirmiş torpaqdır. Hər şeydən əvvəl, mən təbii olanı sevirəm. Sənətkarlıq mənim üçün naxışların təmtəraqlılığı deyil, fikrimi ifadə etmək istədiyim dilin ən zəruri kəlamıdır. Buna görə də, Şerşeneviçlə birlikdə 1919-cu ildə təməlini qoyduğumuz imajinizm rus poeziyasını, formal olaraq, başqa qavrama məcrasına yönəltsə də, hələ heç kəsə istedada iddia etmək hüququ verməmişdir. Hazırda mən bütün məktəbləri inkar edirəm. Hesab edirəm ki, şair hansısa müəyyən bir məktəbin arxasınca gedə də bilməz. Bu, onun əl-qolunu bağlayar. Yalnız azad sənətkar azad söz deyə bilər. Budur mənim tərcümeyi-halıma aid olan qısa, sxematik məlumatlar. Burada hər şey deyilməyib. Lakin düşünürəm ki, özümə hansısa yekun vurmağa hələ tezdir. Mənim həyatım və yaradıcılığım hələ qabaqdadır. Yaradıcılığı Yeseninin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunmuşdur. İlk kitab – "Радуница" (1915-ci ilin noyabr ayında 1916-cı il qeydi ilə çap olunmuşdur), son kitab – "Персидские мотивы" (may -iyun 1925). Bunlardan əlavə, şairin sağlığında müxtəlif mənbələrdə 25-ə yaxın kitabın çapa hazırlanması haqqında məlumatlara (bəzən kitabın adı, bəzən əlyazması, bəzən çapa hazır variantı, bəzən də maketi) rast gəlinsə də, naməlum səbəblərdən onlar çap olunmamış qalmışdır. Yaradıcılığında və şəxsi həyatındakı qadınlar Aşağıda göstərilən qadınlar Yeseninin yaradıcılığında və şəxsi həyatında müəyyən mənada rol oynamışlar: Anna Sardanovskaya (1895–1922) Mariya Balzamova (1896–1950) Lidiya Kaşina (1886–1937) Anna İzryadnova (1891–1946) Zinaida Rayx (1894–1939) Nadejda Volpin (1900–1998) Aysedora Dunkan (1878–1927) Qalina Benislavskaya (1897–1926) Avqusta Miklaşevskaya (1891–1977) Şaqane Talyan (1900–1976) Sofya Tolstaya (1900–1957) Bakı dövrü thumbnail|Yeseninin Bakıda qaldığı "Yeni Avropa" mehmanxanası Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının "qızıl dövrü" adlandırır və həmin dövrü Puşkin yaradıcılığının "Boldino payızı" ilə müqayisə edirlər. Onu qeyd etmək kifayətdir ki, 1924–1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək "İran nəğmələri" silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılmışdır. Ümumilikdə, 1924–1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilmişdir. Onlardan 50-si (47 şeir və 3 poema) "Bakinski raboçi" qəzetində işıq üzü görmüşdür. Bu əsərlərin 45-i (43 şeirvə 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunmuşdur. Ümumiyyətlə, "Bakinski raboçi" qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K. Voronskinin baş redaktorluğu ilə çıxan "Красная новь" jurnalı durur. 1922–1925-ci illərdə həmin jurnalda Yeseninin 30-a yaxın əsəri çap olunmuşdur. Yesenin, Bakıya sevgisini məşhur "Əlvida, Bakı" "Прощай, Баку" şeirində ifadə etmişdir.
Прощай, Баку! Тебя я не увижу. Теперь в душе печаль, теперь в душе испуг. И сердце под рукой теперь, больней и ближе, И чувствую сильней простое слово: друг.
Прощай, Баку! Синь тюркская, прощай! Хладеет кровь, ослабевают силы. Но донесу, как счастье, до могилы И волны Каспия, и балаханский май.
Прощай, Баку! Прощай, как песнь простая! В последний раз я друга обниму… Чтоб голова его, как роза золотая, Кивала нежно мне в сиреневом дыму.
Şair Bakıya son gəlişində (28 iyul 1925-ci il) Bakılılar və Bakısız yaşaya bilmədiyini deyirdi ("Не могу долго жить без Баку и бакинцев"). Yesenin Azərbaycan dilində Yeseninin şeirləri dünyanın 160 dilinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilmişdir. Tərcüməçi kimi, Azərbaycanda ilk dəfə Yesenin yaradıcılığına Süleyman Rüstəm müraciət etmişdir. Süleyman Rüstəmdən sonra Ələkbər Ziyatay, İsmayıl Soltan, Ş. Sadiq, Rəfiq Zəka, Əliağa Kürçaylı, Anar, Əhməd Cəmil, Murad Qudyalçaylı, Nüsrət Kəsəmənli, Tofiq Bayram, Səyavuş Məmmədzadə, Mahir Qarayev, Qoca Xalid, Kamal Abdulla, Səlim Babullaoğlu, Ramiz Rövşən, Hamlet İsaxanlı, Knyaz Aslan, Firuz Mustafa, Eldar Nəsibli Sibirel, Eyvaz Borçalı, Günel Mövlud, Qiya Paçxataşvili, Fikrət Qoca, İsaxan İsaxanlı, Əli Rza Xələfli və Rüfət İsayev müxtəlif vaxtlarda öz qələmlərini Yeseninin şeirlərinin azərbaycancaya tərcüməsi üzərində sınamışlar. Yuxarıda adı çəkilən 28 tərcüməçi, ümumilikdə, Yeseninin 121 əsərini Azərbaycan dilinə çevirmişdir. Yeseninin Azərbaycan dilinə ən çox tərcümə edilən şeirləri "До свиданья, друг мой, до свиданья" və "Прощай, Баку!" şeirləridir. "До свиданья, друг мой, до свиданья" şeirinin ilk tərcüməsi Ş. Sadiqə (1959), "Прощай, Баку" şeirinin ilk tərcüməsi isə Ələkbər Ziyataya (1955) məxsusdur. Ümumiyyətlə, "Прощай, Баку!" şeiri 12 müəllif – Ələkbər Ziyatay (1955), Rəfiq Zəka (1964), Əhməd Cəmil (1974), Əliağa Kürçaylı (1975), Səlim Babullaoğlu (1991), Knyaz Aslan (2005), Firuz Mustafa (2005), Eldar Nəsibli Sibirel (2006), İsaxan İsaxanlı (2009), Hamlet İsaxanlı (2010), Eyvaz Borçalı (2010) və Rüfət İsayev (2013), "До свиданья, друг мой, до свиданья" şeiri isə 15 müəllif – Ş.Sadiq (1959), Əliağa Kürçaylı (1965), Anar (1973), Nüsrət Kəsəmənli (1974), Mahir Qarayev (1994), Knyaz Aslan (2005), Firuz Mustafa (2005), Eyvaz Borçalı (2006), Eldar Nəsibli Sibirel (2006), İsaxan İsaxanlı (2009), Qiya Paçxataşvili (2010), Fikrət Qoca (2010), Hamlet İsaxanlı (2010), Əli Rza Xələfli (2010) və Rüfət İsayev (2013) tərəfindən tərcümə edilmişdir. Adları çəkilən tərcüməçilər arasında Yesenin yaradıcılığına ən çox müraciət edən Əliağa Kürçaylıdır. O, ilk dəfə 1965-ci ildə Yeseninin anadan olmasının 70 illiyi münasibətilə onun şeirlərini Azərbaycan dilinə tərcümə edərək ayrıca kitab şəklində nəşr etdirmişdir. Sonralar həmin kitab, başqa tərcümələr də əlavə edilməklə, yenidən 3 dəfə çap olunmuşdur. Son nəşrə, "İran nəğmələri" də olmaqla, 104 şeir, 2 poema daxil edilmişdir. Qeyd edək ki, Yeseninin "İran nəğmələri"ni ("Персидские мотивы") bütövlükdə Azərbaycan dilinə ilk dəfə tərcümə edən şair də Əliağa Kürçaylıdır. Ölümü (intihar, yoxsa qətl?) thumb|200px|Ölümündən sonrakı ilk şəkil