Xudayar xan Xudayari () — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri

Həyatı Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi.

Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı.

Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.

Həmçinin bax İran Kazak diviziyası

İstinadlar

Xarici keçidlər Xudayari

Kateqoriya:İran nazirləri Kateqoriya:İran generalları Kateqoriya:Qəzvin hakimləri