Dnestryanı (, , ) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (, , ) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır. Bu ərazinin müstəqilliyini yalnız Cənubi Osetiya və Abxaziya kimi qondarma respublikalar tanıyır.
Silahlı Qüvvələr 2007-ci ildən etibarən Dnestryanı silahlı qüvvələri 4500–7500 arası əsgərdən ibarət olmaqla, Tiraspol, Bəndər, Rıbniça və Dubısari motoatıcı piyada briqadalarına bölünmüşdür. Bu hərbi birləşmələrin tabeliyində 18 tank, 107 zirehli texnika, 73 tüfəng, 46 ədəd hava hücümundan müdafiə qurğusu və 173 ədəd tank əleyhinə müdafiə qurğusu mövcuddur. Hərbi Hava Qüvvələri isə 9 Mi-8T, 6 Mi-24, 2 Mi-2 helikopterlərindən və An-2-nin müxtəlif təyyarələrinin An-26 ve Yak-18 modellərindən formalaşmışdır.
İctimai Quruluş left|thumb|202x202px|İqor Smirnov – Dnestryanı Moldav Respublikasının ilk prezidenti Ölkədə 1 May rəsmi bayramdır və qeyri-iş günü sayılır. 2 may 2009-cu ildə keçirilən referendumda ölkə əhalisinin 99,6%-i sosialist idarəetmə sisteminin saxlanılmasına, yalnız 0,4%-i isə dəyişdirilməsinə səs vermişdir.
Ölkə prezidenti həm də silahlı qüvvələrin Ali baş komandanıdır. 2004-cü ildə həyata keçirilən siyahıyaalmaya görə ölkədə 4096 qaqauz və 168.768 rus vardır. Əhalinin əksəriyyəti Gənc Partizan və İşçi Qüvvələrində əsgər kimi fəaliyyət göstərir. Buna görə də ölkədə hər 3 şəxsdən biri əsgərdir.
Ölkənin siyasi rəmzləri Lenin və Karl Marksdır. Ölkədə 3 cür maaş sistemi vardır. Bunlar: Yüksək dərəcəli, orta dərəcəli və aşağı dərəcəli dövlət məmurları üçün nəzərdə tutulan maaş sistemləridir. Xalq əsgərləri aşağı dərəcəli dövlət məmurlarıdır. İdarəetmə və Qüvvələrdə çalışan əsgərlər isə orta dərəcəli dövlət məmurlarıdır. Dövlət idarəetməsində çalışanlar isə yüksək dərəcəli dövlət məmurları hesab olunur. Bu 3 maaş sistemi arasındakı maaş fərqi isə çox azdır.
left|thumb|270px|Tiraspol şəhərindən bir təsvir
Bütün torpaqlar dövlətə məxsusdur. Bütün binaların tikintisini dövlət həyata keçirir və dövlətdən başqa heç kimin buna ixtiyarı yoxdur. Ölkədə 17-35 yaş arası hər kəs Gənc Partizan Qüvvələrinin əsgəri hesab olunur. Sindikatlarla əlaqəsi olan şəxslər isə İşçi Qüvvələrin əsgəri hesab olunur. Ölkə ərazisində yalnız bir universitet mövcuddur və bu universitetdə əsgərlər və yüksək dərəcəli məmurlar hazırlanır. Bələdiyyə rəisləri prezident tərəfindən təyin olunur. Ölkədə sosializm əleyhinə çıxan şəxslər ölkədən qovulur və vətəndaşlıqdan çıxarılır.
Ölkədə işsizlik 0,3%-ə bərabərdir. Ölkədə market kimi kiçik iş yerləri belə dövlətə məxsusdur. Ölkə ərzisində heç bir xarici firma yoxdur.
Siyasi Quruluş Ölkədə ikipartiyalı sistem mövcuddur. Parlamentdə partiyaların təmsil olunma sayı əvvəlcədən müəyyən olunmuş qaydada həyata keçirilir. Bu qaydaya əsasən parlamentdə Sosialist partiya üçün 40, Sosial-Demokratik partiya üçün 5, bundan əlavə Sindikatların təmsilçisi üçün 1, Hərbiçilərin təmsilçisi üçün 2, İctimai Təşkilatların nümayəndələri üçün isə 3 yer müəyyənləşdirilmişdir. Təmsilçi və nümayəndələr parlamentdə iştiraklarına baxmayaraq səs hüququna malik deyildirlər. Moldova bu ərazini öz daxilində muxtariyyət hesab etməsinə baxmayaraq Dnestryanı bunu qəbul etmir. Buna görə də ölkə xarici məsələlərdə müstəqil hərəkət edir.
Din Dnestryanı Moldov Respublikasının rəsmi statistikası göstərir ki, əhalinin 91%-i şərqi ortodoks xristianlığına, 4%-i isə Roma-Katolik kilsəsinə etiqad edir. Roma katolikləri əsasən Dnestryanının şimalında, əhəmiyyətli dərəcədə polyak azlığının yaşadığı bölgələrdə məskunlaşıblar. Dnestryanı hökuməti yeni pravoslav kilsələrinin bərpasını və tikintisini dəstəkləyib. Respublika din azadlığının olduğunu təsdiqləyir və 114 dini inancın və icmanın rəsmi qeydiyyatdan keçdiyini bildirir. Lakin 2005-ci il kimi yaxın tarixlərdə başda Yehova şahidləri olmaqla bəzi dini qruplar qeydiyyat maneələri ilə qarşılaşıblar. 2007-ci ildə ABŞ mərkəzli Christian Broadcasting Network, Dnestryanıdakı protestantlara qarşı edilən təzyiqləri pisləyib.
İdarəetmə Vahidləri thumb|Dnestr çayı Rayonlar Kamenka (Кáменка, Kamenka) Dubosari (Дубоссáры, Dubossary) Qriqoriopol (Григориóполь, Grigoriopol') Rıbniça (Рыбница, Rybnitsa) Slobodziya (Слободзéя, Slobodzeya)
Bələdiyyələr Bəndər (Бендéры) Tiraspol (Тирáсполь)
Həmçinin bax Dnestryanı Respublika Günü Dnestryanı pasportu Dnestryanı viza siyasəti Dnestryanının status vəziyyəti
İstinadlar
Kateqoriya:Tanınmamış dövlətlər Kateqoriya:Moldova Kateqoriya:Dnestryanı Kateqoriya:Muxtar bölgələr Kateqoriya:Dənizə çıxışı olmayan ölkələr Kateqoriya:1990-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Unitar respublikalar