Məzmun Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır.

Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar.

Film haqqında

Film rejissor Cahangir Mehdiyevin böyük kinoda ilk işdir. Film yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınmışdır. Film aktyor Əliağa Ağayevin kinoda son işidir. Film yüksək kateqoriyaya layiq görülüb.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Əbdürrəhim bəy Haqverdiyev Mahnıların mətni : Ramiz Rövşən Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı Alətləri Orkestri Dirijor : Nadir Əzimov Ssenari müəllifi : İsi Məlikzadə, Sabir Əhmədov Quruluşçu rejissor : Cahangir Mehdiyev Quruluşçu operator : Aleksandr Kovalçuk Quruluşçu rəssam : Nadir Zeynalov Bəstəkar : Cahangir Cahangirov Səs operatoru : Kamal Seyidov Redaktor : Ramiz Rövşən (R. Əliyev kimi), Ayaz Salayev Rejissor : Əşrəf Mamayev Operator : Rövşən Quliyev Montaj edən : Lyudmila Lotina, Nataliya Albitskaya Qrim rəssamı : A. Rzazadə Geyim rəssamı : Tatyana Əmirova Rejissor assistenti : Y. Əhmədov, N. Əsgərov, Səadət Məmmədova (S. Məmmədova kimi) Operator assistenti : Sərvər Rəşidoğlu(S. Quliyev kimi) Rəssam assistenti : T. Hüseynov, E. Aqaronova Dekor rəssamı : Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Filmin direktoru : Aydın İmrani Mahnı ifa edən : Baba Mahmudoğlu (titrlərdə yoxdur), Gülağa Məmmədov

Rollarda Şamil Süleymanov-Şamil Kamil Məhərrəmov-Hüseyn Səməndər Rzayev-Həsən ağa Həsən Məmmədov-Mirzə Səfər Əliağa Ağayev-Kərbəlayi Zal Səyavuş Aslan-Hacı Kəmyab Ruhsanə Topçuyeva(Rossana Topçuyeva kimi)-Gülsüm Vəliəhd Vəliyev-Əhməd bəy Fərhad İsrafilov-Mahmud bəy Əfrasiyab Məmmədov-Molla Əbdüləzim Alim Səlimov-Feyzulla Rizvan Həsənov-Nuru M. Abdullayev Tanilə Əhmərova Bahadur Əliyev-Bəy Nadir Əsgərov-Tütək çalan Nadir İbrahimov (III) Mayak Kərimov-Mətbuat işçisi Rauf Gözəlov-Bəy Nuriyyə Əhmədova-Qulluqçu Ağarəfi Rəhimov-Rəis Mustafa Süleymanov-Molla Məmməd Sadıqov-Həsən əmi Məcnun Hacıbəyov Əliqulu Səmədov-Musiqiçi Tələt Rəhmanov-Erməni xozeyin Sadıq Hüseynov-Kəndli Zemfira Sadıqova-Gülsümün anası Arif Qasımov-Paşa Gündüz Abbasov-Dəllək Zirəddin Tağıyev(titrlərdə yoxdur)

Filmi səsləndirən

Yaşar Nuri-Şamil (Şamil Süleymanov) (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

“Papaq” filminin “Kadrarxası”: “Habil Əliyev qızına çəkilməyə icazə vermədi, Əliağa Ağayevi infarkt vurdu”

Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Şəkidə çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər