Podolsk — Rusiya Federasiyasında yerləşən şəhər və eyniadlı rayonun inzibati mərkəzi. Moskva vilayətinə daxildir. Moskva çayının qolu olan Paxra çayının sahilində Moskvanın mərkəzindən 35 km məsafədə cənubda yerləşir.

Tarixi Podolsk şəhəri burada yerləşən podol kəndinin böyüməsi ilə yaranıb. Məntəqə 18-ci əsrdə Moskvadakı Danilov kilsəsinə məxsus idi. 1791 ci ildə II Yekaterina Podolska şəhər statusu verdi.

Coğrafiyası və iqlimi Geniş park sahələrinə malikdir. Şəhər ətrafında meşə-park zonası əsas yeri tutur. Əhalisi 1 yanvar 2007-ci ildə əhalisi 179,4 min olub. Şəhərdə xristianlarla yanaşı müsəlmanlar da yaşayır. 4 iyul 2010-cu ildə Podolskda ilk məscid fəaliyyətə başladı.

İqtisadiyyatı Güclü və dinamik inkişaf edən sənaye şəhəridir. Maşınqayırma və digər zavodları ilə tanınır. Yüksək texnologiyalar, atom tədqiqatları atam maşınqayıması şəhəridir. Qardaşlamış şəhərlər Amştetten, Avstriya Belsı, Moldova Bar (şəhər), Monteneqro Borisov, Belarusiya Çernovtsı, Ukrayna Xenan, Çin Kavarna, Bolqarıstan Kladno, Çexiya Ohrid, Makedoniya Respublikası Sent-Uen, Fransa Şumen, Bolqarıstan Suxumi, Gürcüstan Trir-lənd, Almaniya Vanadzor, Ermənistan Varminsk-Mazur, Polşa

İstinadlar

Həmçinin bax

Kateqoriya:Moskva vilayətinin şəhərləri