() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Görünüşü Bədəninin uzunluğu 5,5 - 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi 5 tona yaxındır. Gövdəsi massivdir. (Ölçüləri Afrika fillərinin qulaqlarından kiçik olan)pərvari iri qulaqları, xırda gözləri və ucunda uzun əzələli xortumu olan nəhəng başı var. Xortumu uzanmış burnu və aşağı dodağından əmələ gəlib. Xortumunun ucunda bir dənə dorsal, ilişkən, barmaqvari uzantı var. Əzaları hündür, sütünvari və beşbarmaqlıdır. Barmaqları ümumi dəri ilə örtülmüşlər, ancaq üzdən sezilirlər. Qabaq əzalarında beş , dal əzalarında isə dörd dırnaqcıq var. Rəngi tünd-bozdan qonura qədər dəyişir. Dərisinin üstündə nahamvar, müxtəlif qalınlıqda epidermal şişlər var. Piy və tər vəzisi yoxdur. Yetkin fillərin tükü seyrək, qılvaridir. Qıcgah ətrafında spesifik dəri vəzisi var. Sinəsində bir cüt məməsi var. Yuxarı, üçüncü kəsici dişlərinin çəkisi 20-25 kq. uzunluğu isə 1,5 metrdir, və ancaq erkəklərdə olur.

Areal Hindistanda, Şri-Lankada, Birmada, Nepalda, Butanda, Banqladeşdə, Kambocada, Laosda, Vyetnamda, Malayziyada, Kalimantan adasında, Sumatrada, Çinin Yunnan əyalətində yaşayırlar. Sıx cəngəlliklərdən, hündür ot örtüklü savannalara qədər müxtəlif landşaftlarda yayılıblar. Adətən yaşlı dişinin başçılığı ilə 15-30 baş sürülərdə dolanırlar.

Qidalanması Bitkilərlə qidalanırlar.

Çoxalması Çoxalmasında mövsümlülük yoxdur. Boğaz olma müddəti 20-22 aydır. Dişi hərəsinin çəkisi 90 kq. və çiyinlərdində hündürlüyü 1 metr olan iki bala gətirir. Cinsi yetkinliyi 9-12 yaşdan başlayır. Həyatı ərzində dişi dörd dəfə balalayır.

Sayları 1986-cı ildə ümumi sayları 28-42 min idi: Hindistanda, Butanda və Banqladeşdə -10-15 min baş (1978); Andaman adalarında -30(1977); Kalimantanda - 2 min (1978); Birmada -5 min (1977); Yunnanda - 1 min; Kambocada, Laosda və Vyetnamda -3500-5000 (1978); Malaysiyə 3 min-6 min(1978); Nepalda -50; Şri-Lankada - 2 min-4 min; Sumatrada -300; Tailandda 2500-4500(1978)

Saylarının azalması öldürülməsi və mühitinin məhv olunması ilə bağlıdır.

Yaxşı əhliləşirlər. Qədimdən onları ev heyvanları kimi daşınmada, ağır işlərdə istifadə edirlər.

Daxil olduqları arealın əksər hissəsində qanunla qorunurlar.

Yarımnövləri Hind fili (Elephas maximus indicus) Şri Lanka fili (Elephas maximus maximus) Sumatra fili (Elephas maximus sumatrensis) Borneo fili (Elephas maximus borneensis)

İstinadlar

Həmçinin bax

Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Cənubi Asiya məməliləri Kateqoriya:Cənub-Şərqi Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Hindistanın dövlət rəmzləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları