Həsənov Əlimuxtar (tam adı: Həsənov Əlimuxtar Yaqub oğlu, d.1896, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı 1910-1916-cı illərdə Bakı 2-ci kişi gimnaziyasını bitirib.
Parlamentin 1919-cu il, 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Xarici keçidlər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. Bakı: Lider nəşriyyatı, 2004
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri