200px|thumb|Tarb şəhərində xiyaban 200px|thumb|Xiyaban
Xiyaban – park, bağ və başqa yerlərdə hər iki tərəfi ağac və bitki örtüyü ilə düzülmüş yol. Xiyaban tipləri (düz, əyrixətli və başqa formalarda ola bilər) və onların quruluşu (ikicərgəli və çoxcərgəli, biryaruslu və çoxyaruslu, ağaclardan və kollardan ibarət sıx çəpərli) memarlıq planına əsasən müəyyənləşdirilir.
Bir çox şərq ölkəsində şəhərlərin böyük küçələri (prospektlər) xiyaban adlanır. Bəzən fəxri dəfn yerlərinə də xiyaban deyilir (məs. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı).Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Mənbə
Həmçinin bax I Fəxri Xiyaban
Kateqoriya:Parklar Kateqoriya:Coğrafiya urbanistikası Kateqoriya:Fransız dilindən Azərbaycan dilinə keçmiş sözlər Kateqoriya:Fransız dilində sözlər və ifadələr