Məzmun Kinoalmanax

Hər iki novellanı ümumi bir fikir birləşdirir: insan öz vəzifəsinə, əqidə və məsləkinə sadiq qalmalı, bu və ya digər dərəcədə öz şəxsi səadətindən, vəzifəsindən və yaxşı güzəranından əl çəkib qəlbinin hökmü ilə hərəkət etməli, başqalarına lazım olan işlər görməlidir.

Müəlliflər bu film vasitəsilə bugünkü gənclər, onların qarşısında duran problemlər haqqında söz açmışlar.

Süita

"Süita"da insanın öz əqidəsinə sadiq qalmasının vacibliyindən bəhs edilir. Novellanın qəhrəmanı (Vladimir Vorobyov) çimərlikdə xilasedici işləyir. Dənizdə baş verən hadisələr onu əyləndirmir və düşündürmür. Bizenin musiqisi altında o öz Karmeni, özünün qəhrəmanlığı və güclü məhəbbəti haqqında xəyallara dalır.

Günlərin bir günü

"Günlərin bir günü"ndə isə rahatlığından, vəzifəsindən əl çəkib qəlbinin hökmü ilə hərəkət etməyi bacaran insandan bəhs edilir. Bir dəfə səhər erkən perspektivli elmi əməkdaş (Semyon Farada) öz eyvanındann uçan kosmik gəmi görür. Bir qədər həyəcanla o, bu barədə qaynanasına (Leyla Bədirbəyli), qonşularına, tanışlarına, idarə rəhbərinə və nəhayət, psixiatra danışır...

Film haqqında

Kinoalmanax Kinoalmanax 2 novelladan ibarətdir: "Süita" və "Günlərin bir günü"

Süita Film rejissor Rüstəm İbrahimbəyovun rejissor kimi kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər Kinoalmanax Almanaxın bədii rəhbəri: Georgi Daneliya Quruluşçu rəssam: Fikrət Bağırov Quruluşçu operator: Valeri Kərimov Səs operatoru: Əsəd Əsədov Rejissor: Rafiq Dadaşov (R.Dadaşov kimi) Qrim rəssamı: Y.Malçukin Montaj edən: Rəfiqə İbrahimova (R.İbrahimova kimi) Quraşdırılmış səhnələrin operatoru: İ.Felitsın Quraşdırılmış səhnələrin rəssamı: A.Zaxarov Redaktor: Ədhəm Qulubəyov Rejissor assistenti: Cəfər Əsədov, E.Quliyev, C.Məmmədov Operator assistenti: R.Bayramov, K.Məmmədov, Sergey Ratnikov, R.Tarıverdiyev Rəssam assistenti: F.Abbaszadə, Nailə Cəfərova Musiqi tərtibatçısı: A.Cahangirov, T.Qudkova Filmin direktoru: Semyon Qaragedov

Süita Ssenari müəllifi: Revaz Qabriadze, Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rüstəm İbrahimbəyov Quruluşçu operator: Eduard Qalakçiyev Quruluşçu rəssam: Fikrət Bağırov Səs operatoru: Əsəd Əsədov Musiqisindən istifadə edilən bəstəkar: Jorj Bize ("Karmen" əsərindən), Rodion Şedrin

Günlərin bir günü Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Yuli Qusman Quruluşçu operator: Fikrət Əsgərov Quruluşçu rəssam: Fikrət Bağırov Səs operatoru: Əsəd Əsədov Filmin direktorunun müavini: Nadir Əliyev Musiqisindən istifadə edilən bəstəkar: Pol Moria-Simpatiya (Paul Mauriat — Sympathy)(titrlərdə yoxdur)

Rollarda Kinoalmanax Fazil Salayev E.Əliyev Çingiz Ələkbərzadə F.Şərifov B.Qədimov Semyon Qaragedov N.Kurskaya

Süita Habil Əliyev — kamançaçalan Vladimir Vorobyov Larisa Xələfova Tahir Əsədullayev

Günlərin bir günü Semyon Farada — Vasif İnarə Quliyeva — Sənubər Sergey Yurski Yusif Vəliyev — Sənubərin atası Leyla Bədirbəyli — Sənubərin anası Fazil Salayev — satıcı Süsən Məcidova — Mirvari Mirzə Babayev Cahangir Aslanoğlu Muxtar Maniyev

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 187.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər