() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. May ayında çiçəkləyir, may-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında, ovalıqdan yuxarı dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.

Təsərrüfat əhəmiyyəti Vitamin verən, lifli, boyaq, dərman, qida əhəmiyyətli bitkidir. Yarpaqlarında kifayət qədər vitamin vardır, həmçinin aşı maddəsi də vardır.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Yeməli vəhşi bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Yem bitkiləri