() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Əsas arealı subtropik ölkələrdir. Tasmaniya, Yeni Cənubi Uels və Viktoriya ştatları, Kvinlend və Cənubi Avstraliyada 900 m yüksəklikdə, dağların zirvəsində yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 45–50 m olan, sallaq budaqlı, dekorativ ağacdır. Gövdəsinin qabığı hamar və ağ, vaxtaşırı lentvari soyularaq ağacda sallaq vəziyyətdə qalır, sərtləşir ya da tökülür. Zoğun orta sahəsində yarpaqlar açıq və ya tünd yaşıl rəngli, növbəli, saplaqlı, küt neştərvari, uzunluğu 8-27 sm, eni 4-5 sm olub, yastı və dalğavaridir. Cavan yarpaqlar oturaq və zoğda qarşı-qarşıya yerləşmiş, bəzən yarpağı bükülmüş halda olur, dar və ya geniş neştərvari olub, uzunluğu 5-10 sm, eni 1,3-3 sm, tünd və ya açıq yaşıl rəngli, parlaqdır. Yetkin fərdlərdə də yarpaq növbəli və saplaqlı, neştər və ya oraqvari, uzunluğu 11-18 sm, eni 1,5-2 sm-ə çatır, açıq yaşıl rəngli, yastı və dalğavaridir. Çıçəkləri 3, bəzən 6-8 olmaqla çətir çiçək qrupunda yarpaq qoltuğunda yerləşir, çıçək saplağı qısa və ya oturaqdır. Sütuncuğu silindrvari, 3-6 mm uzunluqdadır. Meyvəsi oturaq və ya saplaqlı, dairəvi, uzunluğu 5-6 mm, diametri 7-8 mm və ya daha böyük olur, diski qabarıqdır.

Ekologiyası Rütubətsevəndir, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması Abşeron, Lənkəran-Astara zonasında becərilir.

İstifadəsi Dekorativ və efiryağlı bitkidir. Yaşıllaşdırmada və bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avstraliya florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Tasmaniya florası Kateqoriya:Cənubi Avstraliya florası Kateqoriya:Yeni Cənubi Uels florası Kateqoriya:Viktoriya (ştat) florası