() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Çoxillik bitkidir. Gövdəsi dikduran, hündürlüyü 20-125 sm, aşağı hissədə tüklü, şırımlı, açıq budaqlıdır. Bəzi bölgələrdə çırtlıq (çırtdıq) adlandırılan bu bitkinin aşağı yarpaqları uzunsov-lansetvari, oyüqlu, lələkvarı bölümlü, hər iki tərəfdən nahamar-tüklüdür. Gövdəyanı yarpaqları seyrək, oturaq, gövdəni bürüyən, yuxarı yarpaqlar xırda, bütöv, lansetvari, ucubizdir. Səbətləri 10 mm yaxın uzunluqda, gövdə yarpaqların qoltuğunda tək-tək və ya dəstəşəklində yerləşir. Çiçəkləri mavi rəngdə, sarğıdan 2-3 dəfə uzundur. Toxumcaları 2-3 mm uzunluqda, tərsyumurtavari, açıq rəngdən qara rəngə kimi; kəkili çox qısa nazik pərdələrdən ibarətdir.
Yayılması Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışır. Kolluqlarda, əkinlərdə, bağlarda, bostanlarda (alaq kimi) və yol kənarlarında bitir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:İraq florası Kateqoriya:Avropa florası Kateqoriya:Afrika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Qida bitkiləri Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası