() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır. Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür. Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir. Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir. İyun-avqust aylarında çiçəkləyir, (iyul) avqust-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında, ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti Meşəli rayonların kəsilmiş meşələrində, meşə ətrafında, açıq yerlərdə, yarğanlarda, çay və balaca arx boyunca, bağlarda və bostanlarda rast gəlinir. Cəngəlliklər əmələ gətirir.

Təsərrüfat əhəmiyyəti Meyvələri çaxırın boyanmasında, yetişmiş meyvələrindən mürəkkəb hazırlanmasında istifadə olunur. Tibbdə tətbiq edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Giləmeyvələr Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qida bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları