() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Bu çiçəyin mənşəyi İrandır və iranlılar onu ilk olaraq Osmanlı İmperiyasına, oradan da Avropaya gətirmişlər. Bu çiçəkdən müalicəvi xüsusiyyətləri və ətir istehsalı üçün istifadə olunur. Onların ən yaxşı növlərinə İranın Kaşan, İsfahan, Kirmanşah şəhərlərində rast gəlinir.

Botaniki xarakteristikası Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır.

Ekologiyası Soyuğa, rütubətə, işığa davamlıdır. Münbit torpaqlarda daha yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Çox gözəl dekorativ bitkidir. Parklarda dekorativ güllərlə birlikdə kompozisiyaların yaradılması üçün istifadə oluna bilər.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qızılgül Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Pakistan florası Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Bitkilər Kateqoriya:Bitki hibridləri Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri