Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film.Azəri, L. 50 ilin “Yenilməz batalyon”u: Ötən illərin filmləri: [Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.13.
Məzmun Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.
Film haqqında Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir.
Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir.
Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır.
Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər.
Film Şəkidə çəkilib.“Yenilməz batalyon”u yubadan Şəki qaymağı: Rafiq Dadaşov filmin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2014.- 29 dekabr.- S.14.
Səhvlər Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Qılman Musayev Quruluşçu rejissor: Hüseyn Seyidzadə Operatorlar: Xan Babayev, Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Əziz Şeyxov Rejissorlar: K.Mravladze, Ramiz Əliyev İkinci operator: B.Vlasov Quraşdırılmış səhnələr üzrə operator: Mirzə Mustafayev Quraşdırılmış səhnələr üzrə rəssam: Mirzə Rəfiyev Qrim edən: N.Tsitsikaşvili Geyim üzrə rəssam: H.Kazımov Rejissor assistenti: Əşrəf Mamayev Operator assistentləri: Şərif Şərifov, V.İvaşşenko, Eduard Qalakçiyev Rəssam assistentləri: Rafiz İsmayılov, M. Səfərəliyev Montaj edən: A.Filimonova Redaktor: Nataliya Şneyer Hərbi məsləhətçi: M.Veysov (polkovnik) Çalır: Baş Filmlər İstehsalı İdarəsinin orkestri Dirijor: Q.Hamburq, Ç.Duqaşov Filmin direktoru: Nazim Ələkbərov Mahnı ifa edən: İslam Rzayev ("Teymurun mahnısı") (titrlərdə yoxdur)
Rollarda Tamilla Ağamirova — Xavər Vladimir Yemelyanov — Dobrovolski İsmayıl Osmanlı — dərzi Yusif Anatoli Yurçenko — Stepan Lemeşko Müxlis Cənizadə — Nəriman Tağıyev Mixail Orlov — Viktor Alekseyev İsanbet Prozat — Feyzulla Valentin Kulik — Qriqori Romanov Ofeliya Məmmədzadə (Ofeliya Abbasova kimi) — Roza Mixail Puqovkin — Kolpakov Ceyhun Mirzəyev — Teymur Pavel Vinnik — Varlamov Hüseynağa Sadıqov — feldfebel Zoya Çekulayeva — Kolpakova Yusif Yulduz — Hacı Xeyri Muxtar Avşarov — Rəsi Əbdil Cabbar Eldar Əliyev — Əlimərdanın adamı Əli Mənsur Viktor Anisimov Novruz Axundov — işçi Zülfüqar Baratzadə - tacir L.Vereninov Eduard Qalakçiyev F.Qafarova — dükan sahibəsi İ.Şapovalov V.Meşalkin A.Oxlopkov M.Pirili Tələt Rəhmanov — furqon sahibi R.Rzayev Məhluqə Sadıqova (Məhluqə Sadıxova kimi) Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — uryadnik Raida Xasiyanova (İ. Xasiyanova kimi) - Kolpakovun qızı Şamil Mahmudbəyov — Qaçaq Əlimərdan (titrlərdə yoxdur) Bahadur Əliyev — rus zabit (titrlərdə yoxdur) Həsən Məmmədov — Xavərin əri (şəkil) (titrlərdə yoxdur) Mollağa Bəbirli - Kolpakovun qonağı (titrlərdə yoxdur) Vyaçeslav Kovtun - Zabit (titrlərdə yoxdur) Əli Xəlilov - Kəndli (titrlərdə yoxdur) İsmayıl İsayev - məsciddəki kəndli (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - məsciddəki qadın (titrlərdə yoxdur) Hamlet Qurbanov - Əlimərdanın adamı (titrlərdə yoxdur)
Filmi səsləndirənlər Məlik Dadaşov — rus zabitin səsi (titrlərdə yoxdur) Həsənağa Turabov — Stepan Lemeşko (Anatoli Yurçenko) (titrlərdə yoxdur) Əfrasiyab Məmmədov — Viktor Alekseyev (Mixail Orlov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Xavər (Tamilla Ağamirova) (titrlərdə yoxdur) Əli Zeynalov — Qriqori Romanov (Valentin Kulik) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kolpakov (Mixail Puqovkin) (titrlərdə yoxdur) Kamil Qubuşov — Dobrovolski (Vladimir Yemelyanov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — cəzalanmış motros (titrlərdə yoxdur) Sadıq Hüseynov — Varlamov (Pavel Vinnik)(titrlərdə yoxdur) Hökümə Qasımova — Kolpakova (Zoya Çekulayeva) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Əlimərdan (Şamil Mahmudbəyov) (titrlərdə yoxdur) Həsən Əbluc — tacir (Zülfüqar Baratzadə) (titrlərdə yoxdur) Eldəniz Zeynalov - Rəsi (Muxtar Avşarov)(titrlərdə yoxdur) Bahadur Əliyev - furqon sahibi (Tələt Rəhmanov);Kolpakovun qonağı (Mollağa Bəbirli)(titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu - matros (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154; 383. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 141; 143; 146-147.
Xarici keçidlər
Filmi izlə “Yenilməz batalyon”un KADRARXASI: “Filmə çəkilən rus aktyorlar Şəkidə qarınağrısına düşmüşdülər” Çəkilişinə 5 il icazə verilmədi - "Yenilməz batalyon" haqqında bilmədiklərimiz
Kateqoriya:1965-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Şəkidə çəkilən filmlər Kateqoriya:Hüseyn Seyidzadənin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:1965-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri