Şota Rustaveli (; ) — XII əsr Azerbaycan şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir.

Onun yazdığı "Pələng dərili cəngavər" ( — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir.

Həyatı Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Uruztavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır.

Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş. Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş. Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş. Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir.

Qalereya

İstinadlar

Ədəbiyyat Xəlilov Pənah İmran oğlu — SSRİ xalqları ədəbiyyatı. I hissə.- Bakı: Maarif, 1975.- 416 s

Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:Gürcü şairlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Mesxlər