Allahqulubağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Əlibəyli inzibati ərazi vahidində kənd.

Tarixi Kəndinin adının mənası "Allahquluya məxsus bağ" deməkdir. 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Allahqulubağı da onlardan biri idi. 1917-ci ildə Birinci və İkinci Allahqulubulağı adı ilə iki kənd qeydə alınmışdı. Kənd SSRİ dövründən 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə olmaqla Karl Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir. 1978-ci ildəki Kürdəki böyük daşqın zamanı Zərdaba səfər edən Heydər Əliyev bu kolxozda da görüş keçirmişdir.

Coğrafiyası Zərdab şəhərindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kənddən Gəlmə-Allahqulubağı avtomobil yolu keçir.

İqtisadiyyatı İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıq və bostançılıq təşkil edir. 2015-ci ildən etibarən kəndə təbii qaz verilmişdir.

Təhsil Kənddə məktəb, kitabxana, klub və məscid fəaliyyət göstərir.

Tanınmış şəxslər Məmmədov Mətləb — Qarabağ Müharibəsi şəhidi Köçəriyev Rahib — Qarabağ Müharibəsi şəhidi

İstinadlar

Xarici keçidlər 40 saylı Allahqulubağı kənd kitabxana filialı

Kateqoriya:Zərdab rayonunun kəndləri