thumb|Iris pseudacorus () — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir. Sütuncuq uzunsov, 3 sm uzunluöunda, tozcuq krem rəngli və ya narıncıdır. Qutucuq 4—5 sm uzunluğunda, küt, üçtillidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (hidrofit) bitkidir, aranda yayılmışdır. Durğun sular, bulaqlar, arxlar, suvarma kanallarının kənarları, bataqlıq yerlər və çəmənliklərdə Berula erecta, Mentha aquatica, Veronica anagallis-aquatica, Nasturtium officinale bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştrirak edir. Boyaq, dekorativ və dərman bitkisidir.
Yayılması Samur-Dəvəçi ovalığı və Lənkəran ovalığı (Astara rayonu, Təngərud və Maşxan kəndləri ətrafında, Lənkəran rayonunun girəcəyi), Bozqır yaylası, Kür düzənliyi.
Sayı və tendensiyası Populyasiyalarının sayı azalır.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi (quraqlıqların nəticəsində su hövzələrinin quruması).
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması, yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Afrika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri