() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v).
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalır. Kserofitdir. Aşağı dağ qurşağına kimi quru dərələrdə rats gəlinir. Tərəvəz və dərman bitkisi kimi, əhali tərəfindən istifadə edilir.
Yayılması Naxçıvan düzənliyi (Duzdağın cənub yamacında çox kiçik bir sahədə bitir) və Naxçıvanın dağlıq hissəsi (Vəlidağ, Dəhnədağ, Dərəşam və Darıdağ ətrafı).
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır. Keçən 10 il ərzində 70% azalma müşahidə edilmişdir. Antropogen təsirlər növün itmə təhlükəsini yaradır.
Məhdudlaşdırıcı amillər Tərəvəz və dərman bitkisi kimi intensiv istifadəsidir.
Mühafizə tədbirləri Öncədən yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir. Bərpası üçün uyğun ərazilərdə introduksiya edilmişdir.
İstinadlar
Həmçinin bax