() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir.
Botaniki xarakteristikası Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan bir az uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti Yarpaqlı meşələrdə, əsasən palıd və fıstıq meşələrində, rütubətli torpaqda kölgədə rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Gürcüstan florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:İran florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Çin florası Kateqoriya:Rusiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Belçika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:ABŞ florası Kateqoriya:Fransa florası Kateqoriya:Almaniya florası Kateqoriya:Avropanın dərman bitkiləri Kateqoriya:İspaniya florası Kateqoriya:İtaliya florası