() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır. Meyvəsi göy-qara, giləmeyvəli, beş çəyirdəkli, diametri 3-5 mm-dir. Sentyabr-oktyabrda meyvəsi yetişir. Meyvəsi tünd-bənövşəyi, giləmeyvəşəkilli, şarşəkilli, beş, bəzən altı hissəli, ətli ekzokarpdır. Toxumları hamar endospermlidir. Toxumlarla və zoğları ilə çoxalır.
Ekologiyası Meşələrdə, daşlı-qayalı yerlərdə dəniz səviyyəsindən 2700 m-dən hündürlükdə bitir.
Azərbaycanda yayılması Mərdəkan dendrarisində 1992-ci ildə introduksiya edilmişdir.
İstifadəsi Tərkibində müxtəlif toksik qlikozidlər və alkaloidlər vardır. İri yarpaqları, enli çiçək qrupları ilə çox gözəldir və landşafta özünəməxsus ekzotik görünüş verir. Araliyanın yarpaqları, qabığı və kökləri (Rasix Araliae) dərman xammalıdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qida bitkiləri Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Yeməli vəhşi bitkilər Kateqoriya:Şərqi Asiya florası