Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir.Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76
Tarixi
Mədəniyyəti
Coğrafiyası və iqlimi Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.252
Əhalisi Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır.Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76–77, 146–147 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur.История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.205 İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünəМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.415 türk dillərində yer məzmunu əmələ gətirən — ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.
1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.
İqtisadiyyatı Əkinçilik və heyvandarlıq
Əhalisi
Görkəmli şəxsiyyətləri Əbdülmənaf Hacıyev (d.1896 — ö.1984) — Naxçıvan MSSR–nin ilk Ədliyyə Naziri, Əməkdar müəllim. Sabir Hacıyev (professor) — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü. Aqil Quliyev (milli qəhrəman) (d.1963 – ö.1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Azay Quliyev — ATƏT–in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü. Məmməd Sadıq Aran (1895–1971) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, yazıçı. Flora Xəlilzadə — tanınmış azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Musa Urud — şair, tibb elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-). Elşad Qurbanov — akademik, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin, botanika kafedrasının müdiri, biologiya elmləri doktoru. Vladimir Tahirov — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü. Yaqub Yolçiyev — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü. Bəkir Tahirov — Fizika–riyaziyyat elmləri doktoru, professor.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri