Fərman Bəhram oğlu Nəbiyev () — Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2010), "Qızıl qələm", "H.B.Zərdabi" mükafatları laureatı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoruGörkəmli şəxslər haqda məlumat, "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri.
Həyatı Fərman Nəbiyev 28 fevral 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.
Təhsili 1977-ci ildə Mingəçevirdəki 3 saylı orta məktəbi, 1986-cı ildə ADU-nun (hazırda BDU) jurnalistika fakültəsini bitirmişdir.
Karyerası 1980-ci ildən mətbuatda çalışır. Bir müddət korrektor işlədikdən sonra, yerli qəzetlərdə müxbir və şöbə müdiri ("Mingəçevir işıqları" və "Səda"), respublika qəzetlərinin bölgə müxbiri ("Ülfət", "Həyat") olmuşdur.
1992-1993-cü illərdə Mingəşevir İcra hakimiyyəti başçısı yanında mətbuat xidmətinin rəisi olmuşdur.
1999-cu ildə "Mingəçevir işıqları" adı ilə şəxsi qəzetini təsis edib və həmin vaxtdan qəzetin baş redaktorudur. 2009-cu ilin noyabrında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzini açıb. 2004-cü ilin dekabrından "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin prezidentidir. 2010-cu ilin iyulunda İREX-lə partnyor kimi Mingəçevirdə İcma Məlumat Mərkəzini, avqust ayından isə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə yardımı ilə İnsan alveri qurbanları üçün reabilitasita və reinteqrasiya mərkəzini yaradıb.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları