Qadolinium (Gd) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 64-cü element, kimyəvi elementi lantanoidlərdən biridir. Elementlərin dövri sistemin III qrupundadır, 7sabit və bir neçə süni radioaktiv izotopu məlumdur.Michael E. Wieser, Norman Holden, Tyler B. Coplen, John K. Böhlke, Michael Berglund, Willi A. Brand, Paul De Bièvre, Manfred Gröning, Robert D. Loss, Juris Meija, Takafumi Hirata, Thomas Prohaska, Ronny Schoenberg, Glenda O’Connor, Thomas Walczyk, Shige Yoneda, Xiang‑Kun Zhu. Atomic weights of the elements 2011 (IUPAC Technical Report) (англ.) // Pure and Applied Chemistry. — 2013. — Vol. 85, no. 5. — P. 1047–1078. — DOI:10.1351/PAC-REP-13–03–02.
Tarixi 1880 ildə İsveç kimyaçısı J.Ş. Marinyak kəşf etmişdir. Fin kimyaçısı Yuxan Qadolininin şərəfinə qadolinium adlandırılmışdır. Təbiətdə başqa lantonoidlərlə birlikdə qadolinitdə (Be2FeY2Si2O10) , monositdə və bastnezitdə tapılır.
Fiziki xassələri Qadolinium açıq boz rəngli metaldır, ferromaqnit xassəlidir.
Alınması Natrium, litium və qadalinium xloridin əridilmiş qarışığının elektrolizindən alınır.
Kimyəvi xassələri Qadolinium havada zəif oksidləşir, temperatur 100 0C- dən yüksək olduqda proses sürətlənir:
4Gd + 3O2 → 2Gd2O3
t = 3000C Yüksək temperaturda halogenlərlə, azotla və hidrogenlə reaksiyaya daxil olur:
2Gd + 3Cl2 → 2GdCl3
t= 3000C İsti su ilə reaksiyaya girərək əsas alınır:
2Gd + 6H2O → 2 Gd(OH)3 + 3H2 Flüor turşusundan başqa, gadolinium mineral turşular ilə reaksiyaya daxil olur: 2Gd + 6HCl (duru) → 2GdCl3 + 3H2 Gd + 6HNO3 (qatı) → Gd(NO3)3 + 3NO2 + 3H2O Qadolinium qələvi məhlulları ilə reaksiyaya qirmir.
Tətbiqi Qadoliniumun bəzi duzlarının, məs., Gd2(SO4)3 . 8H2O paramaqnit xassəsindən mütləq sıfra yaxın temperaturların alınmasında istifadə olunur. Qadolinium neytron radiyasiyasından muhafizəedici materiallar hazırlanması və reaktorların idarə olunmasında işlədilir.Gadolinium prices (англ.). Metal-Pages (16 ноября 2014). Проверено 13 ноября 2014. Архивировано 16 ноября 2014 года
Mənbə Химическая энциклопедия:в 5 т. Москва: Советская энциклопедия, 1988. Т. 1. С. 450. Г. Реми. Курс неорганической химии. Изд. Мир, 1966, Т 2, с. 525
İstinadlar
Kateqoriya:Kimyəvi elementlər Kateqoriya:Lantanoidlər