Öd kisəsi, ödlük (; ) — insanda ödün toplandığı armudşəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində üzərində yerləşmişdir; uzunluğu 8–12 sm, eni 3–5 sm və həcmi 40–60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir: dibi — önə və aşağı baxır; cismi — ; boynu — . Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onun üçün çöz əmələ gətirir. Boynu yavaş- yavaş nazikləşərək ödlük axacağına — keçir; bunun selikli qişasında spiral büküş — adlanan büküş vardır. Ödlüyün və böyük öd axacaqlarının divarları seroz qişadan, serozaltı qatdan, saya əzələ liflərindən təşkil olunmuş əzələ qişasından və selikli qişadan əmələ gəlmişdir. selikli qişa silindirəbənzər epitel ilə örtülüdür və burada selik vəziləri — və büküşlər — vardır.

Ödlük axacağı Ödlük axacağı — 3–4 sm uzunluğundadır; ödlüyün boynundan başlayaraq, aşağı və sola gedir və qaraciyər onikibarmaq bağırsaq bağına çatdıqda ümumi qaraciyər axacağı ilə birləşir və ümumi öd axacağını əmələ gətirir. Ümumi qaraciyər axacağı — qaraciyərin sağ və sol paylarından çıxan sağ və sol qaraciyər axacaqlarının — və quyruqlu paydan çıxan adlı axcağın birləşməsindən əmələ gəlmişdir; uzunluğu 4–6 sm-dir; daxilində sağa və aşağı doğru gedərək, ödlük axacağı ilə birləşir.

Ümumi öd axacağı Ümumi öd axacağı — ümumi qaraciyər axacağı ilə ödlük axacağının birləşməsindən əmələ gəlmişdir; uzunluğu 6–8 sm-dir; ödlükdən və qaraciyərdən ödü onikibarmaq bağırsağa aparır. bu axacaq xüsusi qaraciyər arteriyası və qapı venası ilə bərabər daxilində yerləşmişdir; onikibarmaq bağırsağın enən hissəsinin arxa səthi ilə aşağı doğru gedərək, sol tərəfdən mədəaltı vəzi ilə əhatə olunmuşdur. Burada pankreas axacağı ilə bərabər onikibarmaq bağırsağın selikli qişasını çəp istiqamətdə dəlir və üzərində olan məməcikdən onikibarmaq bağırsağa açılır; ancaq bağırsağa açılmamışdan qabaq pankreas axacağını qəbul edir. Ümumi öd axacağının bağırsağa açılan hissəsi adlı büzücü əzələ ilə əhatə olunmuşdur.

Topoqrafiyası Ödlük ya öd kisəsi qarınüstü nahiyədə yerləşmişdir, dibi qarının sağ düz əzələsi ilə VIII və IX qabırğa qığırdaqlarının arasında əmələ gələn bucağa uyğundur. öd kisəsinin yuxarı səthi qaraciyərin sağ payının visseral səthinə bitişir, dibi çənbər bağırsağın sağ əyriliyinə və onikibarmaq bağırsağın yuxarı hissəsinə söykənir.

Həmçinin bax Öd daşı xəstəliyi Öd kisəsinin iltihabı

Mənbə Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie

Kateqoriya:Öd kisəsi Kateqoriya:Abdomen Kateqoriya:Heyvan anatomiyası Kateqoriya:Orqanlar Kateqoriya:Həzm sistemi