thumb|250px|right|Barxanlar Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi.

Haqqında Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var.Məktəblinin coğrafiya lüğəti. Bakı,2006.

Ədəbiyyata gətirilməsi Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir.Britannika Ensiklopediyası

Barxan ehramlar Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur. Yüksəkliyi 300 m-dək, eni 3 km-ə qədər çatır.Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı, "Elm", 2012. s.26.

Həmçinin bax Dyun Eol relyef formaları Bataqlıq

İstinadlar

Kateqoriya:Relyef formaları Kateqoriya:Coğrafi terminlər Kateqoriya:Qum (süxur)