Azərbaycan–Fransa münasibətləri — Azərbaycan Respublikası ilə Fransa Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Sovet dövründə Fransa–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir.
3 yanvar 1992-ci ildə Fransa Azərbaycanın müstəqilliyini tanıyıb.
Tarixi
AXC dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Vodovoznaya küçəsindəki Mitrofanovun evində Fransanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul agenti Yemelyanov rəhbərlik etmişdirXarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az.
thumb|AXC-nin 500 manatlıq əsginası|right|250x250px
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdırMəmmədzadə M. B. "Milli Azərbaycan hərəkatı". Bakı, 1992, səh. 246. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş Cümhuriyyət tələbələrinin bir hissəsi Fransa universitetlərində təhsil almışdır. right|thumb|219x219px|Azərbaycan poçt markası (2013). Həmin dövrdə Fransa hökumətinin dəstəyini hiss edən Azərbaycan hökuməti fransız dilinin də beynəlxalq dil rolunu nəzərə alaraq, Cümhuriyyətin 500 manatlıq əsginaslarının üzərində Respublikanın və nominalın adları Azərbaycan və rus dilləri ilə yanaşı fransız dilində də göstərmişdir1918–1920-ci illərdə buraxılan pullar və qiymətli kağızlar . axc.preslib.az.
Müasir dövr Azərbaycan və Fransa siyasi münasibətləri müstəqilliyin ilk illərində gərgin olmuşdur. Fransanın Ermənistanla yaxın dostluq əlaqələri Azərbaycanla Fransanın yaxınlaşmasına imkan vermirdi. Heydər Əliyev ona görə də ilk rəsmi səfərini Fransadan başladı. 2003-cü ilə qədər bir neçə dəfə Fransaya rəsmi və qeyri-rəsmi səfərlər etmişdir. İlham Əliyev də ilk rəsmi səfərini məhz Fransadan başladı.
Diplomatik əlaqələr thumb|right|Azərbaycanın Fransa səfirliyi
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az.
Azərbaycanla Fransa arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir.
Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildirATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq edir.16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb.
Konsulluq məsələləri Azərbaycanın Fransadakı və Fransanın Azərbaycandakı səfirlikləri tərəfindən həyata keçirilir.
13 sentyabr 2006-cı ildə Fransa BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin əlavə edilməsi üçün Baş Assambleyada keçirilmiş səsvermədə bitərəf qalmışdır.
Fövqəladə və səlahiyyətli səfirlər
Azərbaycan səfirləri Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayevadir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə təyin edilmişdir.
Fransa səfirləri
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az. Bu işçi qrupu 7 mart 1997-ci ildə yaradılmış və ilk rəhbəri Fatma Abdullazadə olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az. 4 mart 2016-cı il tarixindən 6 mart 2017-ci ilə qədər işçi qrupunun rəhbəri Mehriban Əliyeva olmuşdur.
Yüksəksəviyyəli qarşılıqlı səfərlər 4–5 noyabr 1993-cü ildə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov Fransaya səfər etmiş və prezident Fransua Mitteranla görüşmüşdür.
19–22 dekabr, 1993-cü ildə Heydər Əliyev Fransaya rəsmi səfər etmişdir.
6 fevral, 1995-ci ildə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov ikinci dəfə Fransada səfərdə olmuşdur.
8 may 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyinin qeyd olunması ilə əlaqədar Heydər Əliyev Fransaya səfər etmişdir. 25–31 may 1995-ci ildə baş nazir Fuad Quliyev Fransaya səfər etmişdir. 3–6 dekabr, 1995-ci ildə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Paris şəhərində keçirilmiş "Azərbaycanın sərmayə imkanları" adlı konfransda iştirak etmişdir.
10–11 yanvar 1996-cı ildə Fransa prezidenti F. Mitteranın vəfatı ilə əlaqədar Heydər Əliyev Fransaya səfər etmişdir. 13–15 yanvar 1997-ci ildə Heydər Əliyev Fransaya rəsmi səfər etmişdir. 1–2 fevral, 1999-cu ildə Xarici İşlər Naziri Tofiq Zülfüqarov Fransaya səfər etmişdir. 4–6 mart, 2001-ci ildə Heydər Əliyev ATƏT-in Minsk Qrupu formatında Ermənistan — Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun Ermənistan prezidenti ilə müzakirə etmək məqsədilə Fransaya işgüzar səfər etmişdir.
15 dekabr 2003-cü ildə Fransanın Müdafiə Naziri Heydər Əliyevin dəfn mərasiminə gəlmişdir. 22–23 yanvar 2004-cü ildə İlham Əliyev Fransaya rəsmi səfər etmişdir. 29 iyun 2004-cü ildə İlham Əliyev NATO-nun İstanbulda keçirilən zirvə toplantısı zamanı Fransa prezidentı Jak Şirakla görüşmüşdür. 7–9 sentyabr, 2004-cü ildə İlham Əliyev Fransada işgüzar səfərdə olmuşdur. 10–11 fevral, 2006-cı ildə İlham Əliyev Fransada Rambuye qəsrində Robert Koçaryanla danışıqlar aparmışdır. 28–30 may 2006-cı ildə İlham Əliyev NATO-nun Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfər etmiş; Azərbaycanın Fransada yeni binasının açılışı olmuşdur.
İlham Əliyev 2007-ci ilin yanvarında Fransada, Şirak isə 2007-ci il yanvarın I yarısında Azərbaycanda səfərdə olmuşdur.
Viza Fransaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir"Passport and visa requirements" . olympicair.com. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.
İqtisadi əlaqələr 1997-ci ildə Heydər Əliyevin Fransaya səfəri zamanı ARDNŞ və Fransanın Total və Elf qurumları arasında Xəzərin neft ehtiyatlarının istismarı haqqında müqavilə imzalanmış, Fransa hökuməti Naxçıvan və Gəncə aeroportlarının uçuşlara nəzarət avadanlığı ilə təmin edilməsi məqsədilə 14 880 avro məbləğində kredit ayrılmasına razılıq vermişdir.thumb|Azərbaycanda Fransız İnstitutu|right
Əmtəə dövriyyəsi (min doll.) İlİxracIdxalÜmumi dövriyyəsi2020110 662,51448 192,66558 855,17202164 595,19180 868,59245 463,78202250 979,58222 854,64273 834,222023133 219,50403 051,97536 271,47202496 304,09235 308,66331 612,75
Təhsil sahəsində əməkdaşlıq 11 aprel 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutuAzərbaycanda Fransız İnstitutunun təqdimatı . az.ambafrance.orgBiz kimik? ifa.az, 2011-ci ildən Bakı Fransız Liseyiİlham Əliyev və Fransa Prezidenti Nikola Sarkozi Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində iştirak etmişlər. president.az, 2015-ci ildən Azərbaycan-Fransız UniversitetiFransız universitetlərinin Azərbaycana səfəri . ambafrance-az.org, 14.04.2015Aprelin 1-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. edu.gov.az, 01.04.2015 fəaliyyət göstərir.
Media sahəsində əməkdaşlıq thumb|right|"Le Carrefour" qəzetinin Azərbaycandakı Fransız İnstitutunda təqdimatı, 5 aprel 2017-ci ilBakıda Frankofoniya həftələri çərçivəsində "Le Carrefour" qəzetinin təqdimatı keçirilib . azertag.az, 05.04.2017 2007-ci ilin iyul ayından Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan"Yol qovşağı" (Le Carrefour) 9 ilin qovşağında . xeberle.com, 16.07.2016 "Le Carrefour" qəzeti fəaliyyət göstərir.
Mədəni əlaqələr
Qardaşlaşmış şəhərlər Bakı, Azərbaycan – Bordo, FransaBakının qardaşlaşdığı şəhərlər — SİYAHI . modern.az, 16.02.2016
Kosmos sahəsində əməkdaşlıq Azərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində Çərçivə Sazişi imzalanmışdırAzərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı . president.az, 26.09.2018.
İdman sahəsində əməkdaşlıq thumb|1998 FİFA Dünya Kubokuna həsr olunmuş Azərbaycan poçt markası (1995)|right
Futbol qarşılaşmaları
Fransa milli futbol komandası ilə 2 dəfə qarşılaşmış Azərbaycan yığması öz futbol tarixində ən böyük hesablı məğlubiyyəti məhz fransızlardan almışdır. Belə ki, Avro-1996-nın seçmə mərhələsində beynəlxalq arenaya qədəm basan Azərbaycan yığması Türkiyənin Trabzon şəhərindəki ev oyununda rəqibinə 0:2 hesabı ilə uduzsa da, Fransanın Oser şəhərindəki matçda 0:10 hesabı ilə məğlub olmuşdur. Sonuncu oyun Azərbaycan futbol tarixində ən böyük məğlubiyyət idi və yerli KİV-lər tərəfindən isə "Oser faciəsi" adlandırılmışdır.thumb|"Qarabağ" – "Sent-Etyen", 18 sentyabr 2014|328x328px
Legionerlər Azərbaycanlı futbolçular Fransa, fransızlar Azərbaycanda çıxış etməyib. Lakin bu ölkənin vətəndaşlığını daşıyanlar Azərbaycan klublarında çıxış ediblər. Əslən qanalı olan Edmond N’Tiamoa "Xəzər-Lənkəran"la Azərbaycan çempionu və kubokunu qazanmış; "Olimpik-Şüvəlan"da oynamış türk əsilli Endər Günlü də Fransa pasportu ilə qeydiyyatdan keçmişdir.
Avropa Oyunları
Fransa 2015-ci il 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarında 251 idmançı ilə iştirak etmişdir. Qazandığı 43 medal, o cümlədən 12 qızıl, 13 gümüş və 18 bürünc medal ilə Fransa ilk Avropa Oyunlarını 5-ci pillədə başa vurmuşdur"All Sports Medals Standings" . baku2015.com .
Səfirliklər Azərbaycanın Fransada: Parisdə Azərbaycan səfirliyi
Fransanın Azərbaycanda: Bakıda Fransa səfirliyi
Müqavilə-hüquq bazası İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair çox sayda sənəd imzalanmışdır.
Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri
İstinadlar
Xarici keçidlər Fransanın Azərbaycan Respublikasındakı Səfirliyi Rəsmi sayti Azərbaycan Respublikasının Fransadakı Səfirliyi AZƏRBAYCANLA FRANSA ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏR BARƏDƏ ARAYIŞ Hikmət Hacıyev: "ABŞ və Fransa səfirləri dəfələrlə dəvətimizə baxmayaraq Şuşaya səfərdən imtina edirlər"