V Corc (; Georq Frederik Ernest Albert; ) — 6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru.
Həyatı Corc kraliça Viktoriyanın və şahzadə Albert Saksen-Koburq-Qotun oğludur. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Edvard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o V Corc adı ilə kral elan edilir.
Birinci Dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır. İlk leyborist nazir hökumətə daxil olur. left|thumb
Son illəri 1931-ci ildə məşhur Vestminister Nizamnaməsi qəbul edilir. Bu nizamnaməyə əsasən keçmiş müstəmləkələr Millətlər Birliyi tərkibində müstəqil ərazilərə çevrilirlər. Hakimiyyətinin son illərində isə onu xəstəliklər üzür və 1936-cı ildə vəfatından sonra hakimiyyətə oğlu VIII Eduard gəlir.
Həmçinin bax Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı Millətlər Birliyi Monarxiya Şimali İrlandiya VIII Eduard VI Corc II Elizabet
İstinadlar
Ədəbiyyat Clay, Catrine. King Kaiser Tsar: Three Royal Cousins Who Led the World to War. (2007). 432 pp. Matthew, H. C. G. (September 2004; online edition may 2009) "George V (1865–1936)", Oxford Dictionary of National Biography, Oxford University Press, doi:10.1093/ref:odnb/33369, retrieved 1 may 2010 (Subscription required)
Г. С. Остапенко. "Наследники королевы Виктории и первые британские монархи XX в.: Эдуард VII и Георг V". — "Новая и новейшая история", № 6, 1999
Kateqoriya:Dövlət xadimləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Norfolkda vəfat edənlər Kateqoriya:Birləşmiş Krallıq protestantları Kateqoriya:İmperatorlar Kateqoriya:İngiltərə kralları Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Uels şahzadələri Kateqoriya:Vindzorlar Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri