Nazim Ağalar oğlu Əliverdibəyov () — Azərbaycan bəstəkarı.

Həyatı Nazim Əliverdibəyov 1926-cı ildə anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951–1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.

1964–1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur.

Bəstəkar Üzeyir Hacıbəyovun dayısı oğludur. Musiqişünas Ağalar Əliverdibəyovun oğludur. Skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır. Nazim Əliverdibəyov 16 fevral 1986-cı ildə Bakıda vəfat etmişdir.

Əsərləri Balet Muğam (1972)

İnstrumental Orqan üçün Bayatı Şiraz Orqan üçün İçərişəhər lövhələri Kanon üzrə bəstələnmiş elegiya

Vokal-instrumental əsərləri Babək Niftəliyev — Xor üçün yazılmış Bayatı-şiraz muğamı üstə xalq mahnısı "Aman ovçu" Firudin Mehdiyev — "Ey gülüm" romansı — sözləri:İmadəddin Nəsimi

Opera Cırtdan (1978)

Musiqili komediya "Nazxanım naz eləyir" (1974) — Məhərrəm Əlizadə ilə birgə

Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Filmoqrafiya Bizim küçənin oğlanları (film, 1973) Çarvadarların izi ilə (film, 1974) Gilas ağacı (film, 1972) Göllərin tacı (film, 1966) Mənim Xəzərim (film, 1970) Münəccimin şagirdi (film, 1983) Üzeyir ömrü (film, 1981) Vulkana doğru (film, 1977) Yaxşı qurtardıq (film, 1985)

Mənbə Дирижер Кязим Аливердибеков: "Именно Узеир бек настоял на том, чтобы мы получили музыкальное образование"

Xarici keçidlər Bəstəkar Nazim Əliverdibəyov — 90

Kateqoriya:Əliverdibəyovlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:SSRİ kişi bəstəkarları