Mübariz Cuma oğlu Əhmədzadə () — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı.

Həyatı Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlamışdır. 1976–1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis vəzifəsində çalışmışdır. 1979–1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olmuşdur. 1985–1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989–2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır.

27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra etmişdir. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır. Əhməd Əhmədzadənin qardaşıdır. Ailəlidir. 3 övladı var İstinadlar

Xarici keçidlər Zaqatala Icra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Qax Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Zaqatala Rayon İcra Hakimiyyətinin başçıları