Kimberli Aleksis Bledel (ing: Kimberly Alexis Bledel, 16 sentyabr, 1981, Hyuston, Texas) Amerikalı aktrisa.
Həyatı
Aleksis Bledel 16 sentyabr, 1981-ci ildə Hyuston şəhərində, Texasda anadan olub. Atası Martin Bledel Argentinadan, anası Nanett Bleyk isə Meksikadandır. Doğma dili ispanca olan Aleksis uşaqlıqda çox utancaq olduğundan, səkkiz yaşında vaildeynləri onu özfəaliyyət teatrına vermişdilər. O, "Bizim şəhər" və "Oz ölkəsindən olan sehrbaz" tamaşalarında oynamışdı. Yeniyetmə istedada bu işlərlə məşğul olan bir agent diqqət yetirmiş və o, model kimi fəaliyyətə başlamışdı. Aleksis Hyustondakı Müqəddəs Aqnessa Akademiyasına girmişdi. O, Reyc Parks Model və Aktyorluq Məharəti Məktəbində təhsil almış, bir il ərzində Nyu-York Universitetində kinematoqrafiya üzrə ixtisaslaşmışdı.
Çəkildiyi filmlər və əsas fəaliyyəti
Tezliklə Aleksis onu məşhur edən "Gilmorun qızları" (2000-2008) serialında Rori Gilmor rolunu aldı. Bu serial onun televizyadakı debütü oldu. 2002-ci ildə "Teen People" dərgisi onu "Ən parlaq gənc ulduzlar"ın siyahısına daxil etdi. Bu ərəfədə aktrisa doğma şəhərində çəkilən "Raşmor Akademiyası" filmində kiçik rol da aldı. Aleksis Bledel, Natali Bebbitə aid povestin ekranlaşdırılmış versiyası olan "Əbədi Tuk" (2002) filminə çəkildi. 2005-ci ildə aktrisanın iştirakı ilə birdən-birə iki film ekranlara çıxdı. "Tilsim-cins" adlanan birinci filmin quruluşu Enn Breşersin romanı əsasında verilmişdi. Robert Rodriqez və Frenk Millerin çəkdikləri ikinci film isə "Günahlar şəhəri" adlanırdı. Bu filmə görə aktrisa öz ampluasını köklü surətdə dəyişməli oldu. Əvvəllər incə ev qızlarını canlandıran Aleksis, burada fahişə obrazında oynamalı idi.
Filmoqrafiya Film İl Film Rolları Qeydlər 1998 Daha da can atmaq Tələbə Kreditsiz əlavə 2002 Həmişə bükük Vinfrid Foster 2004 Gəlin və ön yarğı Corci Darsi DysEnchanted Qoldilaks Qısa Film 2005 Yetimlər kralı Dilan Günahlar şəhəri Beki The Sisterhood of the Traveling Pants Lena Kaliqaris 2006 Mən qamış balığıyam Keyt Peterson Həyat qısadır Şarlotta Qısa Film 2008 The Sisterhood of the Traveling Pants 2 Lena Kaliqaris 2009 Yaxşı oğlan Bef Vest Poçtlu qradiyent Riden Malbi G.I Joe ilə ballada Ledi Cey Qısa Film 2010 Sui-qəsdçi Sara Veston Toronto Beynəlxalq Film Festivalında premiera 2010 Qız bara gedir Ekzotik rəqqas Major Motion Picture Created Specifically for Web Distribution Keyt Loqanın məsələsi Keyt Loqan 2011 Bənövşəyi və Qızçiçəyi Violet in development Slipevey Kampının Birləşməsi Beki istehsalçıda Məktublar Canet Tredvey istehsalçıda Televiziya serialları İl Title Rolları Qeydlər 2000 Qilmorun qızları Rori Qilmor 2000-2007 (153 epizod) 2009 ER Culia Vis Epizod: "And in the End..."
İstinadlar
Kateqoriya:Texasda doğulanlar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:ABŞ-nin Roma katolikləri