Yevgeni İqnatyeviç Krupnov () – arxeoloq, qafqazşünas alim, dünya şöhrətli alim, bacarıqlı elm təşkilatçısı, Qafqazın arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafına böyük əmək sərf edən, "Lenin mükafatı laureatı". SSRİ Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktoru.
Həyatı Yevgeni Krupnov – əslən Qroznıdan olan alim 16 mart, 1904-ci ildə Şimali Osetiya Muxtar SSR-nin Mozdok şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Vladiqafqaz şəhərində başlamış sonradan Moskva şəhərində bitirmişdir.
Ali təhsilini Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. Elmi fəaliyyətini V.A. Qorodsovun rəhbərliyi altında Qafqazın tarix və arxeologiyası üzrə aparmışdır.
Universiteti bitirdikdən sonra 20 ilə yaxın Moskva Dövlət Tarix müzeyində işləmiş, sonradan elmi fəaliyyətinin böyük hissəsini SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda davam etdirmişdir. 1937-ci ildən ömrünün axırıncı günlərinə qədər həmin institutun əməkdaşı olmuşdurЕвгений Игнатьевич Крупнов.
1941–1945-ci illərdə Sovet ordusunda xidmət etmişdir.
"Şimali Qafqazın qədim tarixi" (1960) elmi işinə görə 1963-cü ildə "Lenin mükafatı laureatı" (1963) adını almışdır.
İstinadlar
Kateqoriya:Rusiya arxeoloqları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Muzeyşünaslar