Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir.

Oyunun qaydaları Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə:

Maymaq, a maymaq, Bilmədin saymaq!

— deyir, onu utandırırlar.

Kateqoriya:Azərbaycan oyunları Kateqoriya:Uşaq oyunları