Səddam Hüseyn (Əbu-uday)(), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; () — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979).

1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi.

2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir.

Həyatı

Uşaqlıq illəri 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi.

Gənclik illəri left|thumb|Səddam Hüseyn Qahirə universitetində oxuyanda (sağdan üçüncü) Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu. Dayısı Britaniya tərəfindən qarşısı alınan bu üsyana qatıldığına görə vəzifəsindən çıxarılıb həbs edildi. Sonradan anasının yanına qayıdan Səddam qısa müddət sonra dayısının yanına geri qayıtdı.

1956-cı ildə dayısının təşviqi ilə hərbi akademiyaya qəbul olmaq üçün imtahan verdi. Amma qəbul imtahanında uğursuz oldu. 1957-ci ildə Bəəs partiyasına qoşuldu. 1959-cu ildə Bəəs üzvlərinin İraq prezidenti Əbdülkərim Qasıma qarşı hazırladığı uğursuz sui-qəsdə qatıldı. Burada yaralandı və Suriyaya oradan da Misirə qaçdı. Sürgündə olduğu vaxtda Qahirə universitetinin hüquq fakültəsində təhsil almağa başladı (1962–63).

1963-cü ildə dayısın qızı Səcidə Talfah ilə evləndi. Bu evliliyindən Rəna, Raqad, Hala adlı üç qızı və Uday, Kusay adlı iki oğlu dünyaya gəldi. Daha sonra iki dəfə evlənən Səddam Hüseyinin Əli adlı bir oğlu da vardır.

Ölkəsinə qayıtdığı ildə Əbdül Salam Arifin Bəəsçilərə qarşı hazrıladığı çevrilişdə həbs edildi və beləcə bir neçə ilini həbsdə keçirtdi. 1967-ci ildə həbsdən qaçaraq qısa müddət Bəəsin liderlərindən biri oldu.

İstinadlar

Kateqoriya:İraq prezidentləri Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Edam olunanlar Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları

Kateqoriya:İraq şairləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Asiyada iranofobiya Kateqoriya:İraq baş nazirləri Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Siyasi məhbuslar Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Soyqırım törədənlər Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:Stalinizm