Nataliya Oreyro (19 may 1977, Montevideo) — Uruqvaylı aktrisa və müğənni.

Həyatı Nataliya hələ uşaq olarkən Coca-Cola, Pepsi və Johnson & Johnson kimi dünyada məşhur olan iri firmaların reklamlarında çəkilməyə başlayıb. 16 yaşında Uruqvaydan Argentinaya köçmüş və karyerasını burada davam etdirmişdir. Nataliya Oreyro Azərbaycanda da kifayət qədər sevilir. 2016-cı ilin aprel ayında Nataliya ilk dəfə ANS TV üçün özəl müsahibə vermişdir. Müsahibəni ANS ÇM 102 FM radiosunun aparıcısı Anar İbrahimli götürüb. Qeyd edək ki, Natalia Oreyro bundan öncə heç bir kanala müsahibə verməyib. Həmçinin Moskvada Azərbaycan fan-klubunun başçısı Məhər Məhərrəmov N. Oreyroyla görüşüb və ona müxtəlif hədiyyələr verib

Yaradıcılığı 1995-ci ildə Dulce Ana adlı kinoda çəkilir.

1995-ci ildən kinolara çəkilməyə başlayan Natalia onu Argentina və bir çox ölkədə tanınmasını təmin edən Ricos y famosos (1997) filmində Valeria rolunu oynamış və bununla da məşhurlaşmışdı. Növbəti il o, əsəbi, şöhrətlənmək istəyən bir gənc rolunda Un Argentino en New York (1998) kinosunda tamaşaçının qarşısına çıxmışdı.

Bundan sonra öz adını daşıyan 'Natalia Oreiro' albomunu buraxır.

Onun bu albomundan olan "Cambio dolor" mahnısı Argentina və Avropa ölkələrində hər gün efirə verilən Muñeca Brava (1998–1999) adlı filmin musiqisi olmuşdur.

Natalia Oreironun ilk albomu bir çox ölkələrdə ən çox satılan albomlardan biri olur. Muñeca Brava filmindəki rolu ilə 1998 və 1999-cu illərdə iki dəfə Martín Fierro Mükafatlarında "Ən yaxşı qadın aktrisa" olaraq mükafatlandırıldı.

2000-ci ilin yanvarında E! Entertainment Television tərəfindən "İlin ən məşhur aktrisası" seçildi.

Natalia, ikinci albomu olan Tu Veneno ilə musiqi karyerasına davam edib ve albomunu "Gala de la Hispanidad", "Gala de Murcia" "Festival de la Calle 8" adlı festivallarda məşhurlaşdırıb.

Don Francisco tərəfindən təqdim olunan, reytinqli latın tv show proqramı olan Sabado Gigante Internacionalda albomunu başarılı bir şekilde tanıtır.

2000-ci ildə Çilidə keçirilən Viña del Mar Festivalında "İlin kraliçəsi" seçilir.

Üçüncü albomu olan Turmalina, 2002-ci ildə təqdim olunur. Super qəhrəman dizaynı ilə dinləyicilərin qarşısına keçən Natalia, ilk dəfə bu albomunda söz və bəstə edib.

2006-cı ildə Facundo Arana ilə baş rolu bölüşdürdüyü hər axşam Argentinanın Channel 13 kanalında efirə çıxan Sos Mi Vida adlı filmdə də baş rolu oynayıb.

2001-ci ildə Argentina rok qrupu "Divididos"un solisti Ricardo Mollo ilə Fernando de Noronha adasında evlənmişdir.

Albomarı

Aktrisalıq karyerası

Tv filimləri Botines (2005), Renée rolu ilə V ritme tango (2006), Natalia Pasarella de Ortega rolu ilə

Kino filimləri Un argentino en New York (1998), Verónica 'Vero' De Ricci rolu ilə Cleopatra (2003), Sandra rolu ilə La guerra de los gimnasios (2004) Las vidas posibles (2005), Marcia rolu ilə

Türkiyədə yayınlanan filimləri Vahşi Güzel (2001–2002,Kanal D) Aşk Meleği (2002,Kanal D) Kaçak Kız (2003,Kanal D) Aşk Meleğim''' (2007'',Kanal D)

Xarici keçidlər Natalia Oreiro Official Simplemente Natalia Azerbaiyán Natalia Oreiro Bioqrafiya, Şəkilləri Natalia Oreiro Internet Movie Database Səhifəsi Natalia Oreiro MusicBrainz Səhifəsi Natalia Oreiro cinenacional.com Natalia Oreiro — Río de la Plata (video clip)

Kateqoriya:Uruqvay aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Argentina aktrisaları Kateqoriya:Argentina aktyorları Kateqoriya:Argentina müğənniləri Kateqoriya:Film aktyorları Kateqoriya:Fotomodellər Kateqoriya:İspaniya aktyorları Kateqoriya:İş qadınları Kateqoriya:Mahnı yazarları Kateqoriya:Modelyerlər Kateqoriya:Pop müğənnilər Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Ruslar Kateqoriya:Televiziya aktrisaları Kateqoriya:Televiziya aktyorları Kateqoriya:Uruqvay şəxsləri Kateqoriya:Uruqvayın televiziya aparıcıları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:Vegetarianlar Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:XXI əsr qadın müğənniləri Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri