"Oyuncaq" () — rejissor Fransis Veberin filmi.

Məzmun Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar. Bu Perrenin ləyaqətinə toxunsa da Eriklə oynamağa məcbur olur. Eriklə yaxından tanış olan Fransua, bu ərköyün uşağın tərbiyəsi ilə də məşğul olmağa başlayır. Birgə keçən bu günlər ərzində Perren başa düşür ki, Erikin pula, var-dövlətə yox, sadəcə, bir nəvazişə, əzizlənməyə ehtiyacı var. Tezliklə onlar dostlaşır və oğlanın analığına qarşı çıxmağa başlayırlar.

Bir qədər sonra aşkar olur ki, Erikin dərin psixoloji problemləri var. Bu problem əsasən valideynlərinin ayrılması və milyonçu atasının ekssentrik xasiyyəti ilə bağlı yaranmışdır. Perren onunla atasının xasiyyət və əxlaqı haqqında müqayisə aparır. Perren və Erikin növbəti əyləncələrindən biri də satirik qəzet çıxarmaqdır. Getdikcə Erik Fransuaya o qədər öyrəşir ki, atasından çox onu sevməyə başlayır.

Film haqqında Amerikalı kinorejissor Riçard Donner 1982-ci ildə bu filmin eyniadlı rimeykini çəkmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Fransis Veber Rejissor: Fransis Veber Operator: Etyen Beker Bəstəkar: Vladimir Kosma

Rollarda Aktyor Rol Pyer Rişar jurnalist Fransua Perren Fabris Qreko Erik Rambal-Koşe Mişel Buke milyonçu Pyer Rambal-Koşe Jak Fransua qəzet redaktoru Blenak Daniel Çekkaldi ev sahibi Şarl Jerar qovulmuş fotoqraf Mişel Omon oyuncaq mağazasının direktoru Süzi Dayson xanım Rambal-Koşe Mişel Sand Nikol Perren İv Barsak Rober Jerar Jünyo qovulmuş işçi Mişen Roben majordom

Mənbə LE JOUET

Kateqoriya:Fransa filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Fransis Veberin filmləri Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:Dostluq haqqında filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:Pathé filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Komediya-dram filmləri