"Ovsunçu" — Natiq Rəsulzadə, Oqtay Mirqasımov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasındaNatiq Rəsulzadə. Ev. Bakı: Çənlibel, 2012. rejissor Oqtay Mirqasımovun filmi.
Məzmun
Film XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın beyninə zorakılıqla yeridilməsindən danışır.
Filmin məna və məzmun qayəsi belədir: zorla, zülmlə mövcud quruluşu dəyişmək olar, amma millətin zəkasında, hafizəsində dərin kök salmış mənəviyyatı zor gücünə başqası ilə əvəz etmək o millətin faciəsidir və zora, zülmə arxalananların özlərinin də son aqibətinin məhvi labüddür.
Bəxtiyar Xanızadə ucqar kənd təbibi olan Rəsulu, Ayan Mirqasımova onun sevgilisi lal Mədinəni, Fuad Poladov isə oynaq ağrılarından bərk əziyyət çəkən dəstə komandirini canlandırır. Təbibliyin sirlərinə irsən yiyələnən Rəsul müxtəlif otlarla kənd camaatını müalicə edən sakit təbiətli loğmandır. Amma rus qoşunlarının kəndə daxil olması onun bu sakitliyini pozur. Yeni qoyulan qayda-qanunlar onu qane etmir və nəticədə loğman ailəsinin şərəfi naminə vuruşa qalxır.
Rejissor özünün avropasayağı intellekti ilə milli xüsusiyyətlərini bir araya gətirə bilməyib. Filmdə yerli kalorit və mistika ilə barəbər Qərb mədəniyyəti və estetikasının təzahürlərini müşahidə etmək olar. Amma onların heç biri sonadək və dəqiqliklə işlənməyib. Bu yarımçıqlıq hətta personajların biri-biri ilə münasibətində və ünsiyyətində də özünü büruzə verir. Əslində, rejissor filmi təbib və komandir arasındakı konflikt üzərində qurur. Amma konfliktin kökünün – haradan və necə yarandığını verə bilmir, bu iki ziyalı insan arasındakı münaqişəni əsaslandırmır. Komandirin daxili əzabı, faciəsi isə yalnız fiziki və zahiri ağrılarla göstərilir. Onun mürəkkəb psixoloji problemlər ətrafında bütünlüklə manevr etmək imkanı olduğu halda, rejissor bundan istifadə etmir. Hətta fransız qadını(Səidə Vəlibəyova) ilə münasibətində də komandir anlaşılmaz və qeyri-səmimi təsir bağışlayır.
Komandirin və kəndə gələn sirk truppasının timsalında klassik Avropa kinosunun elementlərini görməmək olmaz. Furqon, baraban döyəcləyən cırtdan adam, gözüyaşlı kloun və güclü əzələlərini nümayiş etdirən pəhləvan istər-istəməz məşhur kinorejissor Federiko Fellinini xatırladır. Əgər komandir klassik və müasir Avropa filmlərinin bariz nümunəsidirsə, təbib tamamilə onun əksi – milli və müasir savaş filmləri qəhrəmanlarını özündə birləşdirən bir obrazdır. Sakit təbiətli, mərhəmətli loğman birdən-birə ədalət naminə vuruşan mübarizə çevrilir. Məhz birdən-birə. Çünki filmdə, ümumiyyətlə, konflikt və faciənin əsası qoyulmayıb.
Aktyor seçimində rejissor məqsədyönlü hərəkət edib. Baş rolları teatr aləminin ən qabaqcıl aktyorlarına tapşırıb. Personajların açılmasında ziddiyyətlər olsa da, üçlük təklif olunan şəraiti imkan daxilində əks etdirə bilib. Aktrisa Ayan Mirqasımova da lal Mədinənin "sözsüz" ağrılarını ifadə etməkdən çəkinməyib."Bizim Əsr" qəzeti
Festivallar və mükafatlar 1)2003-cü ildə Minskdə "Listopad" kinofestivalı Ən yaxşı prodüser işinə görə rejissor və prodüser Oqtay Mirqasımova Mükafat verilmişdir. Filmə "Mir" Dövlətlərarası telekanalın xüsusi Mükafatı verilmişdir.
2)2005-ci ildə Kazanda "Qızıl Minbər" I Beynəlxalq kinofestivalı Filmə festivalın ən yüksək mükafatı olan "Qran-Pri" verilmişdir. Aktrisa Ayan Mirqasımovaya ən yaxşı qadın roluna görə "Almaz Holdinq" Rusiya Zərgərlik Şirkətinin Mükafatı verilmişdir.
Film haqqında Filmi rejissor atasının xatirəsinə ithaf etmişdir. Filmdə "Sapito" fransız mahnısı səslənir. Filmin materialları "Belarusfilm" kinostudiyasında aşkarlanıb. Filmin çəkilişinə Katex, Zarat, Dəmirçi kəndlərinin sakinləri köməklik göstərmişdir. "Ovsunçu" ilk dəfə plana 1989-cu ildə düşsə də, çəkilişlərinə yalnız 2000-ci ilin avqustunda başlanılıb. Musiqi Ha Lul Şel Daa Bul studiyasında yazılmışdır.
Filmin heyəti
Filmin üzərində işləyənlər Quruluşçu rejissor: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi) İdeya və süjet: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi) Ssenari müəllifləri: Natiq Rəsulzadə, Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi), Rüstəm İbrahimbəyov Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Rafiz İsmayılov (Rafis İsmayılov kimi), Rafiq Nəsirov Geyim rəssamı: Elçin Məmmədov Bəstəkar: Elmar Fel Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Montaj edən: Tamara Nərimanbəyova Prodüser: Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi), Xamiz Muradov(Xamis Muradov kimi) İcraçı prodüser: Adil Qulami Koordinator: Ənvər Həsənov, Çingiz Həsənov Rejissor assistenti: Ötkəm İsgəndərov, Çingiz Hüseynov, Qəmər Mahmudova, Asif Rüstəmov, Lalə Şirinova Operator assistenti: Tərlan Babayev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi), Bəhruz Əliyev Geyim üzrə assistent: Şahin Həsənli (rəssam), Elmira Balaməmmədova, Həyat Həsənova, Turi Lazareva Montaj üzrə assistent: Lyudmila Lotina, Xalidə Cəfərova İnzibatçı: Rafiq Musayev, Çingiz Əliyev, Heydər Dadaşov, Yevgeniya Botsmanova (Yevgeniya Bosmanova kimi), Nəriman Axundov, Konstantin Qavriş, Rüfət Əsədov, Fazil Əfşani Sualtı çəkiliş: Yuri Varnovski (Yuri Varnauskas kimi) Qrim rəssamı: Elbrus Vahidov Pirotexnik: Əlibala Məmmədov, Rauf İbrahimov, Vaqif Qurbanov, Rəşid Kərimov İşıqçı: Oruc Şahməmmədov, Niyazi Zeynalov, Rövşən Vahabov, Rüstəm Rüstəmov, Adil Dadaşov, Şəmsi Qədirov Trük səhnələrinin quruluşu: Konstantin Kişşuk Kaskadyor: Vladimir Karpoviç, Nikolay Sulimovski, İqor Sazonov, Konstantin Kişşuk Musiqiçi: Elmar Fel, Şahsər Əmir, Teymur Fel, Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi) Musiqi redaktoru: Rauf Əliyev, Oqtay Mirqasımov(Oqtay Mirqasım kimi), Gülüş Ağaməmmədova Kadrarxası mətn: Rasim Balayev Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Cüzeppe Verdi, Rucero Leonkavallo Tərcüməni səsləndirən: Eldost Bayramov
Rollarda Bəxtiyar Xanızadə — Rəsul Fuad Poladov — Aslan Ayan Mirqasımova (Ayan Mirqasım kimi) — Mədinə Eldəniz Rəsulov — Şaban Yuri Baliyev — Artyom Səidə Vəlibəyova — Sofi Məmməd Səfa — Qıvrımsaç Murad Cəfərov — Rövşən Fərid Tağıyev — Yasek Aydın Əliyev — kuryer İdris Rüstəmov — molla Tariyel Qasımov — qonşu qoca Mirzə Ağabəyli — xəstə Yuri Omelçenko İlqar Əhədov Həsən Yaqubov Emil Mürşüdlü Salman Bayramov Oleq Vorobjanski Yevgeni Vorobjanski Dmitri Bezzubov Niyazi Abdullayev Oqtay Mirqasımov (Oqtay Mirqasım kimi) — akkordeon çalan Tofiq Bayramov Yakov Şestakov Qurban Məsimov — fokusçu Kamran Qulamov Nadir Əbdülrəhimbəyov Fərəc Fərəcov — kəndli Rita Əmirbəyova Ənvər Həsənov Çingiz Həsənov Ötkəm İsgəndərov Gəray Pəhləvan Lətifə Əliyeva — kəndli qadın (titrlərdə yoxdur)
Filmi səsləndirənlər Fəxrəddin Manafov — Rəsul (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Almaz Mustafayeva — Rövşən (Murad Cəfərov)(titrlərdə yoxdur)
Sponsor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Çəkilişə köməklik edən qurumlar "Belarusfilm" Kinostudiyası "Azal Helicopter" Şirkəti Balakən Rayon İcra Hakimiyyəti Şamaxı Rayon İcra Hakimiyyəti Nəsirəddin Tusi Adına Şamaxı Astrofizik Rəsədxanası Qobustan Diyarşünaslıq Qoruğu Nəbatat Bağı Poçt Bank Fuji-Color
Çəkilişə kömək edənlər Səyavuş Kərimi Yusif Şeyxov Eldor Urazbayev Rezo Çxeidze Arif İbrahimov Xalid Xəlilov Mustafa Paraşov
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 378-379. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Oqtay Mirqasımovun filmləri