Ulu məscid — 1700-cü ilə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında İlisu kəndində vaxtilə mövcud olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu üçün yerli əhali onu Ulu məscid adlandırmışdır.Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994H. Əzimov, Ş. Əhmədov. Qax abidələri. Bakı: 1998

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Şəkillər

Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı İlisu dövlət tarix-mədəniyyət qoruğu İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qax rayonunun məscidləri Kateqoriya:XVIII əsr məscidləri Kateqoriya:Azərbaycandakı sünni məscidləri Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:İlisudakı binalar və tikililər