Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi.
Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir.Şahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı:Səda 1998
Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax İlisu dövlət tarix-mədəniyyət qoruğu
Kateqoriya:Qax abidələri Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:İlisu Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:İlisudakı binalar və tikililər