Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər.

Ümumi məlumat İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır.

Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Sənaye şəhəri olmaqla yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı olan "Ford" zavodu da vardır.

Mədəniyyət Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.

Qardaş şəhərlər Mayns, Almaniya (4 avqust 1978) Bolonya, İtaliya (29 iyun 1979) Verakruz, Meksika (26 sentyabr 1984) Sakramento, Kaliforniya, ABŞ (29 iyun 1989) Valensiya, Venesuela, Venesuela (20 mart 1982) Odessa, Ukrayna (13 may 1982) Burqos, İspaniya

Həmçinin bax Alakuas

İstinadlar

Kateqoriya:İspaniya şəhərləri Kateqoriya:Valensiya Kateqoriya:İspaniya limanları Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:Aralıq dənizinin limanları Kateqoriya:Avropanın liman şəhərləri Kateqoriya:İspaniyanın sahilyanı yaşayış məntəqələri