Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl 660 — İmperator Cimmu tərəfindən Yaponiyanın əsasının qoyulması üçün ənənəvi tarix. 1534 — İngiltərə kralı VIII Henri Anqlikan kilsəsinin ali rəhbəri kimi tanınıb.
1601–1900 thumb|London Universitet Kollecinin Uilkins binası
1794 — ABŞ Senatının ilk sessiyası cəmiyyətə açılıb. 1826 — London Universitet Kolleci London Universiteti kimi təsis edilib. 1861 — ABŞ-də vətəndaş müharibəsi: ABŞ Nümayəndələr Palatası yekdilliklə heç bir ştatda köləliyə qarışmamağa zəmanət verən qətnamə qəbul edib. 1873 — İspaniya Kralı I Amadeus taxtdan imtina edir və Birinci İspaniya Respublikası yaranır. 1889 — Yaponiyada Meyci Konstitusiyası qəbul edilmişdir.
1901–cari 1928 — II Qış Olimpiya Oyunları Sankt-Moritsdə keçirilib. 1938 — BBC Televiziyası dünyanın ilk elmi fantastika televiziya proqramı olan Karel Çapekin "R. U. R." pyesinin adaptasiyasını hazırlayıb. Proqram "robot" sözünü ingilis dilinə gətirir. 1953 — İsrail–SSRİ münasibətləri kəsilmişdir. 1979 — İran İslam İnqilabı nəticəsində Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi altında İslam teokratiyasını yaradıb. 1990 — Nelson Mandela 27 il siyasi məhbus olaraq qaldıqdan sonra Cənubi Afrikanın Keyptaun yaxınlığındakı Viktor Verster həbsxanasından azad edilib. 2011 — Ərəb baharı: Misir inqilabının birinci dalğası Hüsnü Mübarəkin istefası və 17 günlük etirazlardan sonra hakimiyyətin Ali Hərbi Şuraya verilməsi ilə yekunlaşıb.
Azərbaycana aid hadisələr 1992 Azərbaycan və İspaniya arasında diplomatik əlaqələr qurulmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır. 2009 — Azərbaycan general-leytenantı Rail Rzayev Bakıda işə gələrkən yaşadığı evinin qarşısında xidməti maşınına mindiyi zaman başından güllələnib. O Azərbaycan Müdafiə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Doğumlar
1600-cü ildən əvvəl
1601–1900 1873 — Dmitri Arakişvili, Gürcüstan bəstəkarı 1895 — Aleksandra Caparidze, Gürcüstan alpinisti
1901–cari thumb|Cennifer Eniston
1902 — Lyubov Orlova, Sovet aktrisası 1915 — Riçard Hemminq, ABŞ riyaziyyatçısı 1917 — Sidni Şeldon, ABŞ yazıçısı 1920 — I Faruq, Misir və Sudan kralı 1926 — Lesli Nilsen, ABŞ və Kanada aktyoru 1929 — Tofiq Köçərli, Azərbaycan tarixçisi 1950 — Cahangir Qarayev, Azərbaycan pianoçusu 1956 — Didye Lokvud, Fransa caz skripkaçısı 1969 Cennifer Eniston, ABŞ aktrisası Takeşi Obata, Yaponiya manqakası 1971 — Nadir Qafarzadə, Azərbaycan müğənnisi 1977 — Mayk Şinoda, ABŞ müğənnisi 1981 — Aritz Aduriz, İspaniya futbolçusu 1986 — Qabriel Boriç, Çili prezidenti 1987 — Ramid Hacıyev, Azərbaycan mayoru 1997 — Park Chaeyoung,Yeni Zelandiyalı müğənni 1998 — Xalid, ABŞ müğənnisi 1999 — Andrey Lunin, Ukrayna futbolçusu 2002 — Elnur Mustafayev, Azərbaycan əsgəri
Ölümlər
1600-cü ildən əvvəl 641 — I İrakli, Bizans imperatoru
1601–1900 1626 — Antonio Kataldi, İtaliya riyaziyyatçısı 1650 — Rene Dekart, Fransa filosofu 1740 — II Təhmasib, Səfəvi hökmdarı 1829 — Aleksandr Qriboyedov, Rusiya yazıçısı və diplomatı
1901–cari 1948 — Sergey Eyzenşteyn, Rusiya kinorejissoru 1949 — Aksel Munte, İsveç həkimi 1963 — Silviya Plat, ABŞ şairi 1980 — Əliağa Kürçaylı, Azərbaycan şairi 1981 — Möhsün Sənani, Azərbaycan aktyoru 1989 — Leon Festinger, ABŞ psixoloqu 2009 — Rail Rzayev, Azərbaycan general-leytenantı 2012 Elza İbrahimova, Azərbaycan bəstəkarı Vitni Hyuston, ABŞ müğənnisi 2017 — Kurt Marti, İsveçrə teoloqu və şairi
Bayramlar və xüsusi günlər ABŞ — İxtiraçılar Günü Kamerun — Gənclər Günü Liberiya — Silahlı Qüvvələr Günü Yaponiya — Milli Quruluş Günü
İstinadlar
*0211 Kateqoriya:Fevral *