Elman Muxtarov (12 dekabr 1994, Goranboy) — Azərbaycanı təmsil edən güləşçi.

Karyerası Elman Muxtarov 2009-cu ildə Serbiyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra, 2010-cu ildə Elman Muxtarov Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi. Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0). Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu. Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1). Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu. Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0). Bununla da Elman Muxtarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.

2011-ci ildə Elman Muxtarov Polşada yeniyetmələr arasında Avropa Çempionatının və Macarıstanda yeniyetmələr arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu. 2013-cü ildə isə Elman Muxtarov KYRM-da gənclər arasında Avropa Çempionatını gümüş, Bolqarıstanda isə gənclər arasında Dünya Çempionatını bürünc medallarla başa vurdu. Elman Muxtarov 2014-cü ildə Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında Dünya Çempionatının qalibi oldu.

2015-ci ilin aprelində İstanbul şəhərində Vəhbi Əmrə Turnirinin qızıl medalına sahib olan Elman Muxtarov iyunda Birinci Avropa Oyunlarında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elman Coşqun oğlu Muxtarova "Tərəqqi" medalı ilə təltif edildi.

Avropa Oyunlarında sonra Elman Muxtarov beynəlxalq turnirlərdə uğursuz nəticələrə imza atdı. 2018-ci ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini bürünc medalla başa vuran Elman Muxtarov 2019-cu ildə Kiyev şəhərində Kiyev Turnirinin də bürünc medalına sahib oldu. Elman Muxtarov həmin il həm də Tbilisi şəhərində G. Kartozia & V. Balavadze Turnirinin qalibi oldu. 2019-cu il Dünya Çempionatında uğursuz çıxış edən Elman Muxtarov daha idmanla vidalaşdı.

Həbs edilməsi Elman Muxtarov 2023-cü ilin yanvarında Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) və 181-ci (quldurluq) maddələri üzrə həbs edilib. Elman Muxtarov 2022-ci ildə münasibətdə olduğu qadının evinə basqın edib və həmin vaxt qadının əri olan şəxsə bıçaqla xəsarət yetirib, həmçinin evdən də 2800 manat pulu götürüb. Nəticədə Elman Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12009Yeniyetmələrin Avropa Çempionatı Serbiya1.22010Yeniyetmələrin Olimpiya Oyunları Sinqapur1.32011Yeniyetmələrin Avropa Çempionatı Polşa1.4Yeniyetmələrin Dünya Çempionatı Macarıstan1.52013Gənclərin Avropa Çempionatı KYRM2.6Gənclərin Dünya Çempionatı Bolqarıstan3.72014Yadigar İmam Turniri İran3.8Gənclərin Avropa Çempionatı Polşa8.9Gənclərin Dünya Çempionatı Xorvatiya1.82015V. Əmrə Turniri Türkiyə1.9Avropa Oyunları Azərbaycan3.102016Taxti Turniri İran8.11U23 Avropa Çempionatı Bolqarıstan8.122017U23 Dünya Çempionatı Polşa20.132018D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.14Avropa Çempionatı Rusiya14.152019Kiyev Turniri Ukrayna3.16G. Kartozia & V. Balavadze Turniri Gürcüstan1.17Dünya Çempionatı Qazaxıstan12.182021Fransa Qran-Prisi Fransa5.

İstinadlar

Kateqoriya:Goranboyda doğulanlar Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları