Turan AİR — Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət. "Turan air" aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri "Azərbaycan Hava Yolları" Dövlət Konserni və "İTİ Trading İnternational" amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında "AZAL" DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.

Kateqoriya:Azərbaycan aviaşirkətləri Kateqoriya:Ləğv olunmuş Azərbaycan aviaşirkətləri Kateqoriya:1994-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:2013-cü ildə ləğv olunanlar