() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Çoxillik hündür otdur. Tamkənarlı yarpaqları növbəli düzülür. Qırmızı-bənövşəyi, göy, çəhrayı, sarı, ağ və s. çiçəkləri qıvrım çiçək qrupunda yerləşir. Ləçəkləri boruvarıdır. Meyvəsi toxumçadır. Avropa, Cənubi Asiya və Şimali Afrikada 25-dək, Azərbaycanda 3 növü məlumdur. Rütubətli yerlərdə bitir. Dərman xəndəkotunun () kök və kökümsovunda alkaloid və aşı maddəsi var. Tibdə və baytarlıqda iltihaba qarşı və qankəsən dərman kimi istifadə edilir. Azərbaycanda bitən cod xəndəkotu () donuz və adadovşanları üçün yemdir. Hər 2 növ yaxşı balverən, həmçinin boyaq bitkisidir. Yoğunkök xəndəkotu yeyilir. Qafqaz xəndəkotu, iriçiçək xəndəkotu və s. dekorativ bitki kimi becərilir.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları