Hikmət Nəzərli () — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.

Həyatı 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur.

Döyüşlərdə iştirakı Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı.

Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur. thumb|200px

Ailəsi Ailəli idi, bir övladı var.

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general Baba Nəzərlinin oğludur.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 230.

İstinadlar

Kateqoriya:Xocalı soyqırımında həlak olanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində itkin düşənlər