Dağ Cəyir — Azərbaycan Respublikasının Şəmkir rayonunun Dağ Cəyir kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Cəyir çayının (Kür çayının qolu) sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Ermənistan ərazisindən və Qarabağdan köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi adını yerləşdiyi dağlıq ərazidən və Cəyir çayının adından almışdır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.. 1988-ci ildə Azərbaycan Türkləri Ermənistandan kütləvi şəkildə deportasiya edilən zaman Göyçə mahalının Şişqaya kəndinin sakinləri Şəmkir rayonunun Dağ Cəyir kəndinə yerləşdirilmişdir. Hazırda kənd əhalisini Şişqayalılar təşkil edir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. alt=Dağ Cəyir dolayları|thumb 2017-ci ildə Prezident İlham Əliyev Şəmkir–Yeni Göyçə–Dağ Cəyir avtomobil yolunun açılışını edib.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun kəndləri