Əhməd haradadır? — 1963-cü ildə çəkilmiş Azərbaycan filmi.Novruz, R. "Ulduz", "Əhməd haradadır?", "Görüş" filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: "Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir": [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
Məzmun Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir.
Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimova) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər.
Film haqqında Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır. Film Elxan Qasımov, Eldəniz Zeynalov, Novruz Axundov, Amaliya Pənahova və Səyavuş Şəfiyevin kinoda ilk işidir. Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi. Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü icra etmişdir. Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır. Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparılıb. Əhmədin kəndə gələrkən camışların vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, "Uzundraz Oktay"ın girişi keçmək səhnəsi məhz orda çəkilib. Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır. Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kartondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir. Filmdəki tikinti səhnələri Bakıda, Şərifzadə küçəsində aparılan tikintilərdir. Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən film çox az tirajla ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan və Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə, film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildiAydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013 Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Sabit RəhmanAllahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir.- 2010.- 14 may.- S. 7. Quruluşçu rejissor: Adil İsgəndərov Quruluşçu operator: Yuli Fogelman Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Əziz Şeyxov Rejissor: Yusif Bağırov Operator: B. Vlasov Montaj edən: L. Kyakşt, Tahirə Babayeva Baletmeyster: Əlibaba Abdullayev Geyim rəssamı: Kazım Kazımzadə Mahnıların Mətni: Tələt Əyyubov Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: M. Qurbanov Filmin direktoru: S. Bəyazov Pianoda çalan: Akif Abdullayev ("Leyla" əsəri)
Rollarda Məmmədrza Şeyxzamanov — Şirin Nəcibə Məlikova — Nərgiz Elxan Qasımov — Sürücü Əhməd Nonna Paçuaşvili — Ceyran Mustafa Mərdanov — Məmməd kişi Ağahüseyn Cavadov — Usta Əhməd Lütfəli Abdullayev — Zülümov Eldəniz Zeynalov — Rəngsaz Əhməd Lena Tolstova — Ağbəniz Səyavuş Aslan — Ramiz Novruz Axundov — Oqtay Töhfə Əzimova — Leyla Səyavuş Şəfiyev — Əhməd"Əhməd haradadır?": Siyavuş Səfiyevin ölümündən 9 il ötür: [Əməkdar incəsənət xadimi Siyavuş Səfiyev haqqında] //Şərq.- 2010.- 25 noyabr.- S. 14. Yusif Yulduz — Yusif Tələt Rəhmanov — Kənd sakini Əbdül Mahmudov — Kənd sakini Bəşir Səfəroğlu — Sərxoş Əhməd Məmmədsadıq Nuriyev — Fəhlə Əhməd Əliağa Ağayev — Xəzinədar Amaliya Pənahova — Məsmə Dadaş Kazımov — Komissiya üzvü Əliheydər Həsənzadə — Vağzal işçisi Mənsur Məmmədov — Rəqqas (titrlərdə yoxdur) Arif Mədətov — Rəqqas (titrlərdə yoxdur) Kamil Dadaşov — Rəqqas (titrlərdə yoxdur) Əmənulla Rəsulov — Mərdanzadə (titrlərdə yoxdur) Anatoli Papanov — Komendant
Filmi səsləndirənlər Yusif Vəliyev — Şirin (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Həsənağa Turabov — Əhməd (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Sürücü Əhməd (Elxan Qasımov) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Ofeliya (titrlərdə yoxdur) Hökümə Qurbanova — Leyla (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Komendant (Aleksandr Sarkisov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Ramiz (Səyavuş Aslan) (titrlərdə yoxdur) Mirvari Novruzova — Nərgiz (Nəcibə Məlikova) (titrlərdə yoxdur) Bahadur Əliyev — Rəngsaz Əhməd (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Həsənağa Salayev — Mərdanzadə (Əmənulla Rəsulov) (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev — Kənd sakini (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
İstinadlar
Əlavə ədəbiyyat Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106; 139; 141; 144. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. "Bizim Kino" verilişi (18.06.2016) arxiv "Məşhur filmlərdən məşhur sitatlar" — "Əhməd haradadır"dan məsəllər: "Zülümov dedi, qurtardı" "Kadrarxası": "Əhməd hardadır"da Leyla rolunu erməni qızı oynamalı idi" — LAYİHƏ
Kateqoriya:1963-cü ilin filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Gəncədə çəkilən filmlər Kateqoriya:Şəmkirdə çəkilən filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:1963-cü ilin Azərbaycan filmləri Kateqoriya:1963-cü ilin SSRİ filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər